Məhkəmə qərarları › İş №3(012)-1935/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1935/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1935/2024 25.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22944021 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22944021 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, o, barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətməsinə dair 12 avqust 2024-cü il tarixli, EQ seriyalı 22944021 nömrəli inzibati xəta haqqında qərar ona 05 sentyabr 2024-cü il tarixdə təqdim edilmiş və bundan sonra o, həmin qərardan Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yuxarıda göstərilən səbəblərə görə qərardan şikayət verilmə müddətinin ötürülməmiş hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir. 04 oktyabr 2024-cü il tarixə, saat 09:20-ə, 11 oktyabr 2024-cü il tarixə, saat 09:40-a və 25 oktyabr 2024-cü il tarixə, saat 09:40-a təyin edilmiş məhkəmə iclaslnln vaxtı və yeri barədə inzibati xəta haqqında qərar qəbul etmiş orqana və qəbul edilmiş qərardan şikayət ərizəsi ilə müraciət etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini bildirmədən iclasa gəlməmiş və ya nümayəndəsini göndərməmişlər. Məhkəmə vəsatətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin ərizəsini və ona əlavə olunmuş dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X2 vəsatətlə müraciət edərək, qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətinin ötürülməmiş hesab edilərək, icraata qəbul edilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş vəsatətdə və ona əlavə edilmiş qərarda uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, Kamran Xəlilov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Baş X5 İdarəsi tərəfindən 12 avqust 2024-cü il tarixdə EQ 22944021 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, lakin o, vəsatətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətməsi ilə qərar üzrə müddətin ötürülməmiş hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Kamran Xəlilov vəsatətdə barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətməsinə dair 12 avqust 2024-cü il tarixli, EQ seriyalı 22944021 nömrəli inzibati xəta haqqında qərardan Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməsini bildirsə də, lakin onun qeyd etdiyi halı məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Belə olduqda məhkəmənin mübahsiləndirilən hansı qərar üzrə müddətin ötürülməmiş hesab edilərək, icraata qəbul edilməsi məsələsinin müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22944021 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22944021 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar