Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1936/2023 24.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron DYPŞ-si tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5703186 saylı inzibati xəta haqqında protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Tərtib olunan protokolun məzmunundan göründüyü kimi Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5703186 saylı inzibati xəta protokolu onun İXM-nin 529.3 maddəsi ilə , yəni onun hərəkətsizliyi ilə baş verən inzibati xətadır.O halda, inzibati xətanın baş vermə yeri barəsində inzibati xəta protokolu tərtib olunun şəxsin qeydiyyat yeri sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Abşeron DYPŞ-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5699745 saylı inzibati xəta haqqında protokol baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Abşeron DYPŞ-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5703186 saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1936/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1936/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver