Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1938/2022 26.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, “X2” QSC-nin nümayəndəsi X1 iştirakları ilə “X2” QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X2” QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “X2” QSC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-15667 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Belə ki, məhkəmədə “X2” QSC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “X2” QSC-nin inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2022-ci il tarixli bildirişi xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin ünvanına daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə email vasitəsilə bildirişdə göndərilmiş email poçtaya emitentin illik hesabatı göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən münasibət bildirilməmişdir. Daha sonra problem yarananda emitentin illik hesabatı xx.xx.2022-ci il tarixdə həm email, həm də xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təkrar göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “X2” QSC barəsində tərtib olunmuş EP0030979 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsassızdır. Yuxarıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Mərkəzi Bankın ünvanına bildiriş göndərilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “X2” QSC-nin inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2022-ci il tarixli bildirişi xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin ünvanına daxil olmuş, xx.xx.2022-ci il tarixdə email vasitəsilə bildirişdə göstərilmiş poçt ünvanına emitentin illik hesabatı göndərilmişdir. Daha sonra hüquqi şəxs tərəfindən emitentin illik hesabatı xx.xx.2022ci il tarixdə həm email, həm də xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təkrar göndərilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. 548.1-ci maddəsin əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 548.1-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1938/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1938/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver