Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1945/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Ağababa oğlunun iştirakı ilə, xx xxxxxx 1962-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şuşa rayonu, Çykənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində idarə etdiyi X14 markalı **-XL- *** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, Abşeron rayonu, Digah qəsəbəsində ikinci dərəcəli yoldan baş yol istiqamətində hərəkət etdiyindən baş yolda hərəkətdə olan X3 məxsus VAZ 21099 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, VAZ 21099 markalı avtomobil aşaraq, nəticədə yolun kənarı ilə gedən piyada X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aidbədən xəsarətin, VAZ 21099 markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs Ağababa oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid aid bədən xəsarətin, X9, Ağayev Röyal Ağababa oğlu və X7 isə sağlamlığa zərər vurmayan xəsarətin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsəi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il atrixdə 08:30 radələrində Şəxs özünəməxsus X14 markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Digah qəsəbəsindən Fatmayı kəndə gedərkən ara küçədən baş yola çıxan zaman fikirli olduğu üçün baş yolda olan avtomobilləri gözləməmiş, nəticədə baş yolla gələn Vaz 21099 markalı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra digər avtomobil yolun əks tərəfinə aşmış və nəticədə avtomobildə olan sürücü və sərnişinlər, piyada gedən bir qadın xəsarət almışdır. Zərərçəkmiş şəxs Ağababa oğlu məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində X3 məxsus avtomobildə Zərərçəkmiş şəxs Ağababa oğlundan başqa 3 sərnişin olmuşdur. Avtomobil Digah-Məmmədli yolu ilə Məmmədli qəsəbəsi istiqamətində saatda 60 km sürətlə idarə edərkən ikinci dərəcəli yoldan çıxan X14 markalı avtomobillə toqquşmuş, nəticədə zərbədən onun avtomobili yolun əks tərəfinə aşmışdır. Hadisə nəticəsində Vüqar, Vurğun, Röyal və yolun kənarı ilə piyada gedən qadın xəsarət almışdır. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1841 saylı rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol incik sümüyünün başının qapalı, yerdəyişməyən sınığı, sol said nahiyyəsinin orta 1/3-nin əzilmiş cırılmış yarası, sol bud nahiyyəsinin yuxarı 1/3-nin qançır şişkinliyi, sol bazu nahiyyəsinin yuxarı 1/3-nin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1781 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol çiyin qurşağının sıyrığı bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1782 saylı rəyindən görünür ki, X5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın ənsə, hər iki dirsək oğnağı nahiyələrinin və sol əlin ikinci barmağının sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1785 saylı rəyindən görünür ki, Ağayev Röyal Ağababa oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ qulaq seyvanının əzilmiş yarası, sol çiyin qurşağı və sağ baldır nahiyyəsinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1784 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ağababa oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- alın nahiyyəsinin əzilmiş-cırılmış yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, sürücülər Şəxs və X7 hadisə vaxtı ayıq olmuş, onlarda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İşə əlavə edilmiş, məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1554 saylı rəyindən görünür ki, -X14 markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -hərəkət üçün təhlükə yaranan anda VAZ021099 markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 42,2 metrdən kiçik olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz ifadəsindən başqa, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 31.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X6 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Şuşa rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1945/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1945/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver