Məhkəmə qərarları › İş №3(012)-1945/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1945/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1945/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, məsuliyyətlərini dərk edirlər, inzibati xəta haqqında protokola etirazları yoxdur. Yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - İş materiaalarında olan və məhkəmə baxışında tədiqi edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X9 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, Şəxs MMC-nin Pivə İstehsalı sexinin xətt lideri X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi” X8 xx.xx.2024-cü il tarixli 1113 saylı ekspert rəyindən görünür ki, X4 bədənində Tibbi yardım üçün “X12”-də və “Abşeron RMX”da qoyulmuş diaqnoz “Sol əlin V daraq sümüyünün xətti sınığı, İV barmağın əzilmiş yarası, mil sümüyünün tipik yerdəyişməyən sınığı” bərk küt əşyanın )əşyaların) təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə ağır çəkiyə malik dəmir qapının arasında sıxılması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. - “İstehsalatda Bədbəxt hadisə haqqında” aktdan görünür ki, A.Əliyev ona verilən tapşırığa uyğun olaraq əmək funksiyalarının icrasına başlamışdır. A.Əliyev əmək funksiyasına uyğun olaraq işləri ilə məşğul olarkən dəmiryol stansiyasının əməkdaşının ona zəng edərək üç vaqon arpa səmənisi gəldiyini və onu qəbul etməyini bildirmişdir. A.Əliyev dəmir yol stansiyasının əməkdaşına bu barədə Pivə istehsalı sexinin xətt lideri R.İsmayılova məlumat verəcəyini və sonra ona geri dönüş edəcəyini bildirmişdir. A.Əliyev R.İsmayılova bu barədə məlumat vermiş və R.İsmayılov ona vaqonları qəbul etməyini tapşırmışdır. A.Əliyev vaqonları qəbul etmək üçün cəmiyyətin təhlükəsizlik xidmətinin əməkdaşı Elbrus Mustafayevlə birlikdə arpa boşaltma məntəqəsinə (stansiya) getmişlər. Dəmiryol stansiyasının teplovozu arpa boşaltma məntəqəsinin (stansiya) qarşısında olarkən E.Mustafayev arpa boşaltma məntəqəsinin (stansiya) birinci giriş darvazasının qapılarını, A.Əliyev isə məntəqənin ikinci giriş darvazasının qapılarını (çıxış) açmalı idi. A.Əliyev darvazanın hər iki qapısını açmaq üçün ilk olaraq darvazanın sağ qapısını fiksatordan (şpinqalet-petlədən) çıxararaq qapını əli ilə qarşı tərəfə tam açmalı və sağ tərəfdə divara bərkidilmiş fiksatora (şpinqalet-petlədən) keçirməli İdi. A.Əliyev darvazanın sağ qapısını fiksatordan (şpinqalet-petlədən) çıxarmış, qapını qarşı tərəfə əli ilə açıb bir qədər aralamaq istəsə də güclü küləyin əsməsi səbəbindən qapı ilə birlikdə darvazanın bağlı sağ qapısına çırpılmış və sol əlinin darvazanın sol qapısı ilə bağlı olan sağ qapısının arasında qalaraq sıxılması nəticəsində xəsarət almışdır. A.Əliyevin köməyinə təhlükəsizlik xidmətinin əməkdaşı Elbrus Mustafayev gəlmiş və müəssisənin məntəqəsinin əməkdaşına və digər əməkdaşlarına hadisə barədə məlumat vermişdir. A.Əliyevə tibb işçisi tərəfindən ilkin tibbi yardım göstərilmiş, sonra isə müəssisənin xidməti minik avtomobili ilə “Referans” X7 aparılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar