Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1946/2024 07.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1957-ci il tarixdə Laçının Qoçaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt MİK-17, 62, 60 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 520-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü ildə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə küçə itlərinə İT-16 markalı 6 kalibrili ov silahdan atəş açmaqla yaşayış məntəqəsində xüsusi olaraq ayrılmamış yerdə atəş açmaqla inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin Saray PB-nin polis sahə rəisi, polis mayoru X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü ildə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə küçə itlərinə İT-16 markalı 6 kalibrili ov silahdan atəş açmaqla yaşayış məntəqəsində xüsusi olaraq ayrılmamış yerdə atəş açmaqla inzibati xəta törətmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt Şəxs izahatı ilə təsdiq edilir. Odur ki, bütün bunları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, küçə itlərinin çıxıb getməsi üçün ov silahı ilə havaya atəş açmışdır. Silah ona məxsusdur, sənədləri var, tək lüləlidir. Əməlindən peşmandır, protokolun ləğv edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,cinayət işinin başlanması rədd e dilmiş, Şəxs təqdim etdiyi Sumqayıt ŞPİ tərəfindən sənədləşdirilmiş B16842 nömrəli İJ-16 markalı, 16 kalibrli ov silahı saxlanması üçün aiddiyyəti üzrə Abşeron RPİ-nin Saray PB-nə göndərilmiş, Şəxs məxsus olan B16842 nömrəli İJ-16 markalı, 16 kalibrli ov silahında atəş açdığı 01 ədəd giliz Abşeron RPİ-nin NH-nə təqdim edilmişdir. xx.xx.2016-cı il tarixli, 36 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəxs B16842 nömrəli İJ-16 markalı, 16 kalibrli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsinə əsasən, Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.1 -ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətdiyi əməli etiraf edərək peşmanlıq hissi keçirməsini sonuncunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını, habelə ondan aşkar edilərək götürülmüş ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsinə dair icazəsinin olmasını nəzərə alaraq, ona ov silahı və onun sursatı müsadirə edilmədən inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 21 -ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində silah müsadirə edilməməklə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Abşeron RPİ-ni Saray PB-də maddi sübut kimi saxlanılan B16842 nömrəli İJ-16 markalı, 16 kalibrli ov silahı Şəxs qaytarılsın. Qərarın cərimə hissəsində icrası Sumqayıt şəhər İcra İdarəsinə, götürülmüş B16842 nömrəli İJ-16 markalı, 16 kalibrli ov silahının qaytarılması hissəsində icrası Abşeron RPİ-ni Saray PB-nə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(012)-1946/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1946/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver