Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1947/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Abşeron rayonu, X6 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Azərbaycan Respublikası Abşeron Rayonu X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Abşeron Rayonu X11 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN serialı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 11 avqust 2023-cü il tarixində Aşağı Güzdək qəsəbəsi Sumqayıt Müşfiqabad yolunun sol hissəsində X9 məxsus xx.xx.2023-cü il tarixdə **-AC-*** dövlət qeydiyyat nişanlı “KAMAZ” markalı özüboşaldan nəqliyyat vasitəsi ilə yeraltı magistral qaz kəmərinin üstünə məişət tullantıları boşaldılaraq yandıırlmışdır. Bununla da, Azərbaycan Respublikası Abşeron Rayonu X11 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 inzibati xəta haqqında protokolu müdafiə edərək məhkəmə iclasında bildirdi ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin sakinlər Zahirə Həbibzadə, Daməd Abışovun yaşadıqlraı ünvanın yaxınlığında malqara peyninin atılması və onun iyi-qoxusunun verdiyi narahatçılıq və “SOCAR”ın Qaz İxracı İdarəsinin xidmət rəisinin Nazirliyin Qaynar Xətt Mərkəzinə və elektron poçt ünvanına daxil olmuş müraciətlər əsasında araşdırma aparılmış, araşdırılma nəticəsində Aşağı Güzdək qəsəbəsi Sumqayıt-Müşfiqabad yolunun sol hissəsində, xx.xx.2023-cü il tarixində **-AC-*** dövlət nömrə nişanlı “KAMAZ’ markalı özüboşaldan nəqliyyat vasitəsilə yeraltı magistral qaz kəmərinin üstünə məişət tullantılarını boşaldaraq yandırılması faktı aşkarlanmışdır. Bununla bağlı 11 avqust 2023-cü il tarixində tullantıların ətrafa atılması, qalaqlanması və yandırılması faktının aşkar edilməsi barədə akt tərtib edilmişdir. İnzibati xətanın X11 tərəfindən törədilməsi fotoşəkillərlə də öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Abşeron Rayonu X11 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Abşeron Rayonu X6 nümayəndəsi və vəkili X7 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Belə ki, “KAMAZ” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron Rayonu Güzdək Bələdiyyəsinə məxsus olsa da sözügedən inzibati xəta Bələdiyyə tərəfindən törədilməmişdir. Sözügedən tullantılar X11 tərəfindən atılmamışdır. Sözügedən avtomobil sadəcə həmin ərazidə mövcud olan tullantıları götürmüşdür. İş üzrə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən heç bir araşdırma aparılmamış, əsassız olaraq inzibati xəta haqqında protokol və akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər heç bir sübut xarakteri daşımır. Fotoşəkillərdə sadəcə avtomobilin nömrəsi və həmin sahəyə tökülmüş tullantılar öz əksini tapır. Bu isə həmin tullantıların “KAMAZ” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən tökülməsini və yandıırlmasını sübut etmir. Yekun olaraq qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, “KAMAZ” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür. Qeyd etmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan hallar onun tərəfindən törədilməmişdir. O, yalnız həmin əraziyə oraya yığılmış tullantıları yığıb aparmaq üçün getmişdir. Heç vaxt həmin yerlərə tullantı tökməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli 79502 nömrəli aktdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə sakinləri Daməd Abışov və Zahirə Həbibzadənin “yaşadıqları ünvanın yaxınlığına malqara peyininin atılması və onun iyi-qoxusunun verdyi narahatçılıq” və “SOCAR” Qaz İxrac İdarəsinin xidmət rəisi İlham Nuriyevin **-AC-*** dövlət nömrə nişanlı “KAMAZ” markalı yük maşınının sürücüsü tərəfindən tullantıların yeraltı magistral qaz xəttinin üstünə tökülməsi və yandırılması ilə bağlı Nazirliyin “Qaynar Xətt” mərkəzinə və Elektron poçt ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli İD18749, xx.xx.2023-cü il tarixli İD18958 nömrəli xx.xx.2023-cü il tarixli 012 saylı müraciəti, İdarənin xx.xx.2023-cü il tarixli 076 saylı Sərəncamına əsasən tərəflərindən şikayətçi İlham Nuriyevin və X6 nümayəndəsinin iştirakı ilə yerində araşdırılma aparılmışdır. “Qaynar Xətt” xidmətinə daxil olmuş eyni məzmunlu müraciətlərdə göstərilənlər şikayətçi Daməd Abışovun iştirakı ilə yerində araşdırma aparılarkən əraziyə atılan tullantıların ətraf ərazidə yaşayan vətəndaşların şəxsi təsərrüfatlarında saxladığı iri buynuzlu mal-qaranın peyininin olduğu və peyinin vaxtaşırı daşınıldığı müəyyən edilmişdir. Qaz İxrac İdarəsinin xidmət rəisi İlham Nuriyevin iştirakı ilə aparılan araşdırma zamanı sonuncu X9 məxsus **-AC-*** dövlət nömrə nişanlı “KAMAZ” markalı yük maşınının sürücüsü tərəfindən Aşağı Güzdək qəsəbə ərazisində formalaşan tullantıların mütəmadi olaraq yeraltı magistral qaz xəttinin üstünə tökdüyünü və yandırıldığını onlara dəfələrlə şifahi olaraq xəbərdarlıq etdiyini, lakin bunun heç bir nəticə vermədiyini bildirmişdir. Bununla da, Azərbaycan Respublikası Abşeron Rayonu X11 tərəfindən “X13 haqqında” Qanunun 47-ci maddəsinin, “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun 16-cı maddəsinin, “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 9 və 11-12-ci madədlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulduğu müəyyən edilmişdir. Çəkilmiş fotoşəkillərdən də görünür ki, yeraltı magistral qaz kəmərinin üstünə məişət tullantıları boşaldılaraq yandırılmışdır. Qaz İxrac İdarəsi, Abşeron MAKS Sumqayıt XİX-nin rəisi X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Sumqayıt QTM-X3 Kəmərinin (37 atmosfer) mühafizə zonasında boru xəttinin üzərinə “KAMAZ” markalı avtomobillə məişət və tikinti tullantılar tökülərək yandırılır, bu isə öz növbəsində partlayış-yanğın təhlükəli olduğu üçün tərəflərindən dəfələrlə həmin sürücülərə, bələdiyyə işçilərinə xəbərdarlıq olunmuş, ETSN-nin qaynar xəttinə məlumat verilmiş, sonuncu dəfə isə **- AC-*** markalı “KAMAZ” markalı avtomobil zibil tökən zaman qaynar xəttə müraciət olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Abşeron Rayonu X6 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Azərbaycan Respublikası Abşeron Rayonu X11həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi ünvanı Abşeron rayonu, X12 yerləşən Azərbaycan Respublikası Abşeron Rayonu X11 tərəfindən Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” Qanununun 9 və 11-12-ci maddələrinin, “X13 haqqında” Qanunun 47-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulmuş, Koorperativə əvvəllər rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq qeyd edilən pozuntunun aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Bununla da Azərbaycan Respublikası Abşeron Rayonu X11 barəsində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” Qanununun 9-cu maddəsinə əsasən tullantıların emalı zamanı aşağıdakılar təmin edilməlidir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; X13 məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrıayrılıqda toplanmalıdır. Həmin Qanunun 12-ci maddəsində qeyd olunan şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblərə görə, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Bundan başqa Azərbaycan Respublikası “X13 haqqında” Qanununun 47-ci maddəsinə əsasən ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi məqsədilə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları" nın təsdiq edilməsi haqqında 21 aprel 2005- ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddəti nəzərə alınmalıdır. Tutumların həcmitullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı 0,0042 m3 tullantı nəzərdə tutularaq hesablanmalıdır (tutumların sayı və həcmi kommunal-təsərrüfat qurumlan tərəfindən müəyyən edilir və bu göstərici əmələ gələn tullantıların həcmindən asılı olaraq dəyişə bilər). Qaydaların 2.3-cü bəndinə əsasən Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. 2.6-cı bəndə əsasən tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X13 tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Abşeron Rayonu X6 barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM- nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə iş üzrə tədqiq olunmuş halları araşdırıb hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Abşeron Rayonu X11 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Abşeron Rayonu X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6500 (altı min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1947/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1947/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver