Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1953/2022 27.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, «X9 and Broker Services» MMC-nin direktoru X1 və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, «X9 and Broker Services» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X9 and Broker Services» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 oktyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Gömrük əməliyyatları idarəsindən daxil olmuş 34/012/004579 saylı xx.xx.2022-ci il tarixli raportda, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) ünvanına Çin Xalq Respublikasından 93A61510/93A61610 və 65AA249/65AA250 nömrə nişanlı nəqliyyat vasitələri ilə avtomobillər üçün pnevmatik rezin sinlər yükü ölkə ərazisinə daxil olmuş və xx.xx.2022-ci il tarixli **********1342 sorğu nömrəli və xx.xx.2022-ci il tarixli **********1389 sorqu nömrəli gömrük bəyannamələri ilə təqdim edilmişdir. Rəsmiləşdirmə zamanı xx.xx.2022-ci il tarixli **********9811 saylı və xx.xx.2022-ci il tarixli **********9817 saylı qısa idxal bəyannamələrində təqdim edilən ivoysların nömrələri və tarixləri ilə qeyd edilən gömrük bəyannamələrlə arasında uyğunsuzluq aşkar edilmişdir. Raporta əlavə edilmiş "xxxx" MMC ilə “X8 and Broker Services” MMC-nin arasında bağlanmış 3020 nömrəli, xx.xx.2022-ci il tarixli broker xidməti göstərilməsi haqqında müqavilənin 3.2-ci bəndinə əsasən “X8 and Broker Services” MMC (təmsilçi) ona təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıdığı müəyyən edilmişdir. Araşdırma zamanı xx.xx.2022-ci il tarixli **********1342 sorqu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixli **********9811 sorqu nömrəli qısa idxal bəyannaməsi arasında mövcud qanunvercilivin tələblərinə uyqun olmayan və məsuliyyətə səbəb olan hal müəyyən edilməmişdir. Araşdırma zamanı Abşeron Rayonu, Masazır, X7, ev 1, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən **********1389 sorqu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 1608 ədəd “avtomobillər üçün rezin sinlər” yükü üçün gömrük orqanına əvvəlcədən elektron qaydada verilmiş **********9817 sorqu nömrəli xx.xx.2022-ci il J.arixli qısa idxal bəyannaməsinin 44cü qrafasında mallara dair təqdim edilən invovs sənədinin nömrəsi və tarixi düzgün qeyd edilməmişdir. Belə ki, bəyannamə ilə birgə təqdim edilən HSTYREWWR***-*******2 nömrəli xx.xx.2022-ci il tarixli invovs sənədinin nömrəsi və tarixi qısa idxal bəyannaməsinin 44-cü qrafasında HSTYREWWRQ22-2Q22Q902 nömrə xx.xx.2022-ci il tarix göstərilməli olduğu halda, HSTYREWWR***-*******8 nömrə xx.xx.2022-ci il tarix qevd edilməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi müəyyən edilmişdir. Bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla da «X9 and Broker Services» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə iclasına barəsində protokol tərtib olunan hüquqi şəxsin direktoru X3 bildirdi ki, xx.xx.2022-ci il tarixli **********9817 saylı qısa idxal bəyannaməsində səhvən invovsun nömrəsini HSTYREWWR***-*******8, tarixini isə xx.xx.2022-ci il olaraq qeyd etmisdir, lakin xx.xx.2022-ci il tarixli **********1389 sorğu nömrəli gömrük bəyannaməsində səhvini düzəldib invoysun nömrəsini HSTYREWWR***-*******2, tarixini xx.xx.2022-ci il olaraq qeyd etmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X4 protokolla eyni məzmunlu izahat verdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki «X9 and Broker Services» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi inzibati məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan raportdan görünür ki, Abşeron rayon,Ceyranbatan ŞTQ,20 yanvar Ceyranbatan ev 22,mən 14-də qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvanına (VÖEN:**********) Çin Xalq Respublikasından 93A61510/93A61610 və 65AA249/65AA250 nömrə nişanlı nəqliyyat vasitələri ilə avtomobillər üçün pnevmatik rezin şinlər yükü ölkə ərazisinə daxil olmuş və **********1342 və **********1389 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl **********9811 və **********9817 saylı qısa idxal bəyannamələrində təqdim edilən invoyslar,nömrələri və həmçinin onların tarixləri **********1342 və **********1389 sorğu nömrəli gömrük bəyannamələrlə arasında uyğunsuzluq aşkar edilmişdir. Şirkət bu uyğunsuzluğu texniki səhv olaraq səhv göstərdiyini iddia edir. lakin qeyd olunan hal şirkətin məsuliyyətdən azad olunmasına əsas ola bilməz. Beləliklə, “X8 and Broker Services” MMC tərəfindən **********1389 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 1608 ədəd “avtomobillər üçün rezin şinlər” yükü üçün gömrük orqanına əvvəlcədən elektron qaydada verilmiş **********9817 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin 44-cü qrafasında mallara dair təqdim edilən invoys sənədinin nömrəsi və tarixi düzgün qeyd edilməmişdir. Yəni, bəyannamə ilə birgə təqdim edilən HSTYREWWR022- 20220902 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin nömrəsi və tarixi qısa idxal bəyannaməsinin 44-cü qrafasında HSTYREWWR***-*******2 nömrə xx.xx.2022-ci il tarix göstərilməli olduğu halda, HSTYREWWR***-*******8 nömrə xx.xx.2022-ci il tarix qeyd edilməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında «X9 and Broker Services» MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində protokol tərtib olunan şəxsin nümayəndəsinin izahatını iş materiallarında olan raport, fotoşəkil və protokollarla təkzib olunduğundan əsaslı və inandırıcı hesab etmir. Ona görə də məhkəmə «X9 and Broker Services» MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraqməhkəmə, QƏRARA ALDİ: «X9 and Broker Services» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1953/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1953/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver