Məhkəmə qərarları › İş №3(012)-1954/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1954/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1954/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 oğlunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxx 1991-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nizami rayonu. Rüstəmov küçəsi, ev 13 yataqxanada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(007)-2771/2019 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə ümumilikdə 205 manat borc, 90 manat faiz borcu, 20 manat məbləğində ödənilməmiş dövlət rüsumu, cəmi 315 manat pul tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 06 dekabr 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli icra vərəqəsinə əsasən 2335 manat borc və ödənilmiş dövlət rüsumunun 21 manatı cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 22 oktyabr 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 3(007)-149/2022 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Bundan sonra icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, tərəflərə rəsmi qaydada məlmat verilmişdir. Borclunun məcburi gətirilməsi barədə Abşeron rayon Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin 03 iyun 2022-ci il tarixli, 8(012)-346/2022 saylı qərardadı ilə onun iş saatlarında yəni saat 09:00-dan 18:00-dək Abşeron rayon İcra Şöbəsinə gətirilməsi müəyyən edilmişdir. Borclu məhkəmə qərarını icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində 29 noyabr 2022-ci il tarixdə protokol tərtib olunaraq, məhkəməyə verilmiş və məhkəmənin eyni tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Borclu sonuncu dəfə 28 iyul 2023-cü il tarixdə tələbkara 200 manat məbləğində ödəniş edilməklə, cəmi 700 manat pul ödəmişdir. Bundan sonra Abşeron rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 8(012)-15/2023 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin uzun müddət işləmədiyi üçün borcdan ödənişlər edə bilməmişdir. Onun barəsində qəbul edilmiş axtarış qərarından məlumatı olmamışdır. Ona 03 gün vaxt verilərsə yaranmış borcundan təxminın 300 manat ödəniş edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: -04 sentyabr 2019-cu il tarixli, 2(007)-2771/2019 nömrəli Bakı şəhəri Nizami rayon Məhkəməsinin icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə ümumilikdə 205 manat borc, 90 manat faiz borcu, 20 manat məbləğində ödənilməmiş dövlət rüsumu, cəmi 315 manat pul tutulması qərara alınmışdır. -06 dekabr 2019-cu il tarixdə qeyd olunan icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. -28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli Bakı şəhəri Nizami rayon Məhkəməsinin icra vərəqəsinə əsasən 2335 manat borc və ödənilmiş dövlət rüsumunun 21 manatı cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. -22 oktyabr 2021-ci il tarixdə qeyd olunan icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. -12 yanvar 2022-ci il tarixli, 3(007)-149/2022 saylı Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. -03 iyun 2022-ci il tarixli Abşeron rayon Məhkəməsinin 8(012)-346/2022 saylı qərardadına əsasən Şəxs iş saatlarında, yəni saat 09:00-dan 18:00-dək Abşeron rayon İcra Şöbəsinə gətirilməsi müəyyən edilmişdir. -29 noyabr 2022-ci il tarixli, Abşeron rayon Məhkəməsinin 3(012)-1877/2022 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. -06 dekabr 2023-cü il tarixli Abşeron rayon İcra və Probasiya Şöbəsinin qərarına əsasən Şəxs barəsində axtarış elan olunmuşdur. -10 yanvar 2023-cü il tarixli Abşeron rayon Məhkəməsinin 8(012)-15/2023 saylı qərardadına əsasən Şəxs ölkədən getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Şəxs Zümra qızı adlı uşağı vardır. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı övladının olmasını cəzaasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Borclu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olnmuşdur. Ona xəbərdarlıq edilmiş əlavə vaxt verilmiş lakin nəticəsi olmamışdır. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra sənədinin icrasının təmin edilməsi üçün uzun müddət ərzində təşəbbüs göstərməməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar