Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1954/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Araz Supermarketdə” “Sladkiy zayac” adlı məhsulun piştaxtada qiymətinin 3.50 manat qeyd olunmasına baxmayaraq kassa 4.20 manata satılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək və əlavə izahatında göstərdi ki, qeyd olunan inzibati xəta hadisəsi Şəxs MMC-nin müvafiq ünvanında baş vermişdir. Sonradan şikayətçi şəxslə əlaqə saxlamış və market tərəfindən həmin şəxsə vurulmuş zərərin ödənildiyi müəyyən edilmişdir. Lakin qeyd olunan halın şirkətin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas olmadığını bildirərək inzibati xəta haqqında protokolu müdafiə etdiyini, məhkəmədən Şəxs MMC barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 hadisə gününə aid video görüntünü özündə əks etdirən bir ədəd CD diski təqdim edərək və əlavə olaraq izahatında bildirdi ki, qeyd olunan gün müştəri yenidən kassaya yaxınlaşmış və yaranmış anlaşılmazlıq aradan qaldırılaraq həmin şəxsi pulu qaytarılmışdır. Odur ki, inziibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Araz Supermarketdə” “Sladkiy zayac” adlı məhsulun piştaxtada qiymətinin 3.50 manat qeyd olunmasına baxmayaraq kassa 4.20 manata satılması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan fotoşəkildən göründüyü kimi “Sladkiy Zayac” markalı qatılaşdırılmış süd məhsulunun vitrində olan qiyməti 3.50 manatdır, lakin xx.xx.2025-ci il tarixli 244605 saylı satış çekində həmin məhsul 4.20 manat dəyərində müştəriyə satılmışıdır. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında xx.xx.1995-ci il tarixli 1113 nömrəli Qanununun 18.0.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Araz Supermarketdə” ““Sladkiy zayac” adlı məhsulun piştaxtada qiymətinin 3.50 manat qeyd olunmasına baxmayaraq kassa 4.20 manata satılmış və bununlada Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə istehlakçının hüquqları pozulmuşdur. Məhkəmə eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, nümayəndə tərəfindən əsas gətirilən xüsusatın, yəni müştəriyə dəymiş zərərin ödənilməsi inzibati xəta hadisəsinin mövcudluğunu mövcudluğunu sübut edir. Qeyd olunan xüsusat üzrə isə inzibati məsuliyyətdən azad olunma məsələsi isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu (Zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmə) maddəsi, habelə Həmin Məcəllənin 53.1.10-cu maddəsinə (bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda) əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsas deyildir. Belə ki, qeyd olunan hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin sanksiyası çərçivəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1954/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1954/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver