Məhkəmə qərarları › İş №3(012)-1955/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1955/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1955/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X4, X5 Xidməti X2 tərəfindən qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X8 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X5 Xidməti X1 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tənbeh edilərək 700 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti ona əlavə edilmiş materiallarla birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət vermiş şəxs X8 06 noyabr 2023-cü il tarixində ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, şikayət ərizəsi ilə müraciət edərək, X7 Xidmətinin X1 rəisi Aqşin Əhmədov tərəfindən qəbul edilmş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, hal-hazırda şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Həmin Məcəllənin 129.1.3-cü maddəyə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin ərizəsi üzrə hazırki iş üzrə məhkəməyə təqdim edilmiş şikayət və ona əlavə edilmiş materiallar baxılmadan geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X4, X5 Xidməti X2 tərəfindən qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ Tel: Tel: (012) 342-07-07, Faks: Faks: (012) 342 AZ-0100 Xırdalan şəhəri, Kalyubeya küç., 5 11-44 www. Elektron ünvan Elektron ünvan xx.xx.2023-cü il № 3(012)-1955/2023 Sumqayıt şəhəri, məhəllə 41a, ev 4v, mənzil 29 X8 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət Sizə qaytarılır. Qoşma: şikayət və ona əlavə edilmiş sənədlər « » vərəqədə, qərardadın surəti _______ vərəqədə Hörmətlə Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar