Məhkəmə qərarları › İş №3(012)-1956/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1956/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1956/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Səfiyeva Cəmilə İbrahim qızı, X1 Azərbaycan Respublikası ETSN 4 saylı RETSİ tərəfindən qəbul olunmuş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə baxaraq MÜƏYYƏN ETDİM: X2 tərəfindən Azərbaycan Respublikası ETSN 4 saylı RETSİ tərəfindən qəbul olunmuş MN1440255 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası ETSN 4 saylı RETSİ tərəfindən qəbul olunmuş MN1440255 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət şikayətvermə müddəti ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1.maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarına X2 tərəfindən Azərbaycan Respublikası ETSN 4 saylı RETSİ tərəfindən qəbul olunmuş MN1440255 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın göndərişin izlənməsi vərəqindən görünür ki, 04.10.23-cü il tarixdə qəbul etmişdir, şikayət isə 17 oktyabr 2023-cü il tarixdə "xxxx"MMC-yə təqdim edilmiş, 19.10.23-cü il tarixdə isə şikayət məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası ETSN 4 saylı RETSİ tərəfindən qəbul olunmuş MN1440255 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayəti qanunla nəzərdə tutulan 10 günlük müddət ərzində deyil, müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə poçta verilmiş, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, şikayətçi X2 tərəfindən Azərbaycan Respublikası ETSN 4 saylı RETSİ tərəfindən qəbul olunmuş MN1440255 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Azərbaycan Respublikası ETSN 4 saylı RETSİ tərəfindən qəbul olunmuş MN1440255 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şiayəti vermək olar.. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar