Məhkəmə qərarları › İş №3(012)-1962/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1962/2022

17.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1962/2022 17.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Əli-Bayramlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Sabirabad rayonu, Minbaşı ərazi dairəsi Qaraağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş protokoldan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəməyə daxil olmuş MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində ictimai yerdə polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X4 məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində ictimai yerdə polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla əlaqədar həmin şəxs polis idarəsinə dəvət edilmiş, lakin Şəxs polis idarəsinə getməkdən imtina etmişdir. Ona hüquqları ətraflı izah olunsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, nəticədə Şəxs məcburi şəkildə Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək məhkəmədə verdiyi izahatında göstərdi ki, ailəlidir, moykada yuyucu işləyir. xx.xx.2022-ci il tarixdə avtoyumada ƏÇPA-ya məxsus avtopatrul maşını yuduqdan sonra iş yoldaşları ilə zarafatyana video çəkmişlər. Həmin videonu bilmədən statusa qoymuş və tez silmişdir. Etdiyi hərəkətin bu səviyyədə səs-küy yaradacağını bilməmişdir. Hazırda etdiyi hərəkətə görə əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş ƏŞPA-nın 12-ci patrul bölüyünün polis nəfəri X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 9729 çağırışlı avtopatrulla Xırdalan şəhərində xidmət apararkən saat 18.30 radələrində inzibati ərazidə olan avtoyuyucuda avtopatrulu yudurtmaq üçün yaxınlaşmışdır. Bu zaman yaxınlıqda olan kafedə saxta pul verilməsi ilə bağlı onlardan kömək istəmişlər. Onlar kafedə olarkən 2 nəfər şəxs biri avtopatrula əyləşərək, digəri videoçəkiliş aparıb vatsap statusunda paylaşmışdır. xx.xx.2022-ci il tarixdə həmin şəxsin çəkdiyi videoçarxı statusunda paylaşdığı onlara məlum olmuşdur. Onlar da öz növbəsində gətirilməsini təmin etmək istədikdə vətəndaş onlara tabesizlik göstərmiş, onlar da öz növbəsində həmin şəxsi Abşeron rayon Polis İdarəsinə gətirilməsini təmin etmişlər. Ona görə də qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 32.1.1ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə hesab edir ki, Şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almaqla ona cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və 200 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 6 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar