Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1964/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X5, Zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli,fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X6 bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən meyvə-tərəvəz mağazasında X4 borcunu istəmək üçün gəlmiş, Şəxs isə ona borcunu verə bilməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı İmanov X2 Gülşən Elman qızını qəsdən döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasındadindirilmiş Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, meyvə-tərəvəz mağazası işlədir. Gülşən Əbdilmanova həmin mağazada günü 20 manata satıcı kim işləmiş, daha sonra iş zəif olduğu üçün Gülşənə başqa iş tapmasını təklif etmiş, Gülşən isə günü 10 manata işləməyə razı olduğunu demiş, əmək haqqına görə Gülşənə 260 manat borcu olmuş, xx.xx.2020-ci il tarixdə Gülşən mağazaya gələrək borcunu istəmiş, o borcunu qaytaracağını desə də, onunla razılaşmamış və aralarında mübahisə düşmüş, Gülşən onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün təpiklə onun ayağına vurub itələmişdir. Sonda o, təqsirinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasındadindirilmiş zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, o, Şəxs işlətdiyi meyvə-tərəvəz mağazasında günü 20 manata satıcı işləmiş, daha sonra sentyabr ayında Namiq ona işlərinin qaydasında getməməsi səbəbindən pul verə bilməyəcəyi üçün özünə başqa yerdə iş tapmasını demiş, daha sonra Gülşən günü 10 manata işləməyə razılaşmış, lakin sonra idən çıxmışdır. İşləyən zaman Namiq iş yoldaşı kimi ondan 350 manat borc almış, xırda–xırda borcundan 100 manatını vermiş, qalan 260 manat borcunu isə müxtəlif bəhanələrlə qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə o, borcunu istəmək üçün onun işlədiyi meyvə-tərəvəz mağazasına gəlmiş, aldığı borcu qaytarmadığı üçün aralarında mübahisə yaranmış və nəticədə Şəxs onun ayaq və qarın nahiyyələrinə təpiklə vurmuş, sonra isə əli ilə kürəyindən itələyib yerə yıxmışdır. Sonda o, Şəxs həbslə bağlı olan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2135 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bazunun orta 1/3-nin bayır səthinin, sağ budun orta 1/3-nin ön səthinin və sol aşıq-baldır oynağı nahiyyəsinin bayır səthinin qançırları bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiriişdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə eyni zamanda hesab edir ki, inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Bakı Şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1964/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1964/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver