Məhkəmə qərarları › İş №3(012)-1965/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1965/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1965/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və Abşeron rayon Pİ-nin Qonu polis bölməsinin sahə inspektoru polis mayoru X1 iştirakı ilə, xx.xx.1981-ci ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Qalacıq kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon X9 polis bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 2020-ci ilin iyun ayında işlədiyi Abşeron rayonu, Atyalı Y/M-də yerləşən darvaza sexdə X2 dəmir qapı düzəldəcəyi adı ilə 200 manat pul beh alaraq, vədinə əməl etməyərək, sonuncuya qarşı dələduzluq etmişdir. Şəxs 2020-ci ilin iyun ayının sonlarında işlədiyi Abşeron rayonu, Atyalı Y/M-də yerləşən darvaza sexdə X4 dəmir qapı düzəldəcəyi adı ilə 300 manat pul beh alaraq, vədinə əməl etməyərək, sonuncuya qarşı dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-nin Qonu polis bölməsinin sahə inspektoru polis mayoru X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Bakı şəhər Binəqədi rayon sakini X5 ərizə ilə polis idarəsinə müraciət edərək, 2020-ci ilin iyun ayının sonlarında Abşeron rayonu, Atyalı Y/M-də yerləşən darvaza sexdə işləyən Şəxs dəmir qapı sifariş etdiyini, bunun üçün 200 manat pul beh verdiyini, Bakı şəhər Yasamal rayon sakini X7 ərizə ilə polis idarəsinə müraciət edərək, 2020-ci ilin iyun ayında Abşeron rayonu, Atyalı Y/M-də yerləşən darvaza sexdə işləyən Şəxs dəmir qapı sifariş etdiyini, bunun üçün 300 manat pul beh verdiyini, sonuncunun vədinə əməl etməsi barədə şikayət etmişlər. Həmin şikayət əsasında Abşeron rayon X9 polis bölməsində araşdırma aparılmış, qeyd olunan dələduzluğun İsmayıllı rayonu, Qalacıq kəndində qeydiyyatda olan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, həmin şəxslərdən həqiqətəndə qapı düzəldəcəyi üçün beh pul almışdır. Pandemiyası dövründə işləmədiyi üçün verdiyi sözə əməl edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, 005467 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 19:40-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar