Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1966/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə X1 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsi tərəfindən 000633 saylı, 11 oktyabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan şikayət vermişdir. İşin baxılmağa hazırlanması zamanı iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Xaçmaz rayonu ərazisində törədilmişdir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 onun barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsi tərəfindən 000633 saylı, 11 oktyabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 onun barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsi tərəfindən 000633 saylı, 11 oktyabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1966/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1966/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver