Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1967/2022 19.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şirvan şəhəri, 20 yanvar küçəsi, ev 17, 54 saylı mənzildə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş protokoldan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəməyə daxil olmuş MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Polis İdarəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, bölməyə DİN 102 xidmətindən daxil olmuş müraciət əsasında o, və bölmənin digər əməkdaşı polis kapitanı X7, polis kapitanı X3 ilə birlikdə hadisə yerinə getmişlər. Orda sonradan adının Şəxs olduğu bildikləri şəxsin başqasının evinə girib yatmasını müəyyən etmişlər. O. sərxoş vəziyyətdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanunu tələblərini pozmuşdur. Polis əməkdaşları onu nizam intizama dəvət etsə də Şəxs tabesizlik göstərməklə hadisə yerindən qaçmağa cəhd göstərmiş və qaçarkən sərxoş olduğu üçün yıxılaraq xəsarət almışdır. Ona hüquqları ətraflı izah olunsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, nəticədə Şəxs məcburi şəkildə Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında sərxoş odluğundan tanımadığı şəxsin evinə girib yatmışdır. Onun şikayəti əsasında hadisə yerinə gələn polis əməkdaşları onu bölməyə dəvət edərkən sərxoş olduğundan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə yerində qaçdığından yıxılmış və xəsarət almışdır. Sonra bölmədə də epilepsiya xəstəsi olduğundan qıcolma keçirdiyindən yerə yıxılmış və xəsarət almışdır. Hazırda etdiyi hərəkətə görə əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 32.1.1ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş materiallarında olan sərxoşluq hallarının təyini məqsədilə tibbi müayinədən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində ayıldıqdan sonra inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə almaqla ona cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və 200 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1967/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1967/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver