Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1968/2022 27.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin DYP-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2anında yaşayan Nəsibov X3-Favorit MMC-yə məxsus etibarnamə əsasında idarə etdiyi VAZ 21214 markalı 90-PL- 311 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Məmmədli kəndində Ə.Əliyev küçəsi ilə Digah qəsəbəsi istiqamətinə saatda 30 km sürətlə hərəkətdə olduğu zaman yolun sol tərəfində yerləşən Ekanom marketə dönmək, həmçinin dönməni geniş götürmək üçün sükanı sağa burmuş sağ hərəkət zolağından sola manevr edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməmiş, manevr etmə qaydasını pozaraq arxadan onunla eyni istiqamətdə hərəkətdə olan ünvan 3 ünvanında yaşayan X1 idarə etdiyi Kamaz markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq sağ tərəfi ilə idarə etdiyi avtomobilin sol tərəfi toqquşmuş, bundan sonra idarəetməni itirmiş, avtomobilin qabaq tərəfi Ekonom marketin qarşısında dayanmış ünvan 4 ünvanında yaşayan X2 idarə etdiyi Opel markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, zərbənin təsirindən Opel markalı avtomobil hərəkət edərək orada dayanmış piyadaya, yəni Abşeron rayonu Məmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs dəymiş və nəticədə sonuncu yüngül dərəcəli bədən xəsarətləri almışdır. Göründüyü kimi təsvir edilən şəraitdə Şəxs əməlində cinayət tərkibi müəyyən olunmasa da o, manevretmə qaydalarına riayət etməməklə Azərbaycan Respublikası İXMnin 327.1 -ci maddəsinin tələblərini pozmuş və bununla da məlum qəzanın baş verməsinə, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Bu da Şəxs hərəkətlərində eyni Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X6 Abşeron rayon şöbəsindən alınmış ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol aşıq baldır oynağının tış səthinin əzilmiş yarası, sağ diz oymağının küt travması, yumşaq toxumaların əzniyi-küt əşya (əşyalar) təsirindən törənmişdir: qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdiıdərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1968/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1968/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver