Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-197/2024 26.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi ilə X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 24 sentyabr 2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 24 sentyabr 2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Cəmşid Hüseynov barəsində Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən 24 sentyabr 2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş, o, həmin qərar üzrə Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 ( iyirmi ) manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd etmək istəyir ki, Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən onun barəsində qərar qəbul edilməsinin səbəbi kimi onun guya “Mercedes Benz E220” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozmağım göstərilmişdir. Bildirir ki, Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən idarə etdiyi avtomobili ilə həmin tarixdə onun tərəfindən dayanma və ya durma qaydalarının pozulması göstərilməklə inzibati xəta kimi qiymətləndirilməsi qanunsuz olmaqla, əsassızdır. Belə ki, onun idarə etdiyi “Mercedes Benz E220” minik markalı, **- RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəbul edilmiş həmin qərarda göstərilən tarixdə dayanma və ya durma qaydalarının pozulmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Göründüyü kimi onun idarə etdiyi avtomobillə dayanma və ya durma qaydalarının pozulması barədə Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən 24 sentyabr 2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında qərarda gəlinmiş nəticə tamamilə qanunsuz və əsassız olmaqla həmin faktın mövcudluğunu təsdiq edən sübut qərara əlavə edilməmişdir. Qeyd edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən onun Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli olmağı barədə gəlinmiş qənaət yanlışdır və o, inzibati xəta hadisəsi törətməmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan onu təqsirli bilmişdir. Belə olan halda onun Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinməyi qanunsuzdur. Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən ətraflı araşdırma aparılmamış və formal olaraq onun təqsirli olmağı barədə qərar qəbul edilmişdir. Belə olan halda, X3 barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında qərar qəbul edilmiş və o cərimə edilmişdir. Onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyi halda, barəsində inzibati tənbeh tətbiq etmə barədə qəbul edilmiş qərar işin faktiki hallarından göründüyü kimi və qanunvericiliyin normaları nəzərə alınmaqla əsassız və qanunsuz olaraq qəbul edildiyindən Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən qəbul edilmiş 24 sentyabr 2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə X3 təqsirləndirilməyinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində şikayət verdiyi qərar X3 müraciətindən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona təqdim edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxsə və qərarından şikayət verilən orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və üzürlü səbəblər barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, qərardan şikayət verən şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, 24 sentyabr 2020-ci il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə şikayət və işin materiallarını tədqiq edərək, hesab edir ki, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; ikincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar (xx.xx.2023-cü il tarixdən qüvvəyə minən Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 694-VİQD nömrəli Qanunu ilə bu maddədə “346.3” rəqəmləri “346” rəqəmləri ilə əvəz edilmişdir) foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 124.1ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Göründüyü kimi X5 tərəfindən törədilməsi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (kameranın) aşkar edilmişdir. Lakin, həmin zaman qüvvədə olan qanuna görə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində bu Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Yəni, inzibati xəta bilavasitə aşkar edilməmiş, qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi onun törədildiyi yerdə olmaqla onu yerində aşkar etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Cəmşid Hüseynov barəsində qəbul edilmiş 24 sentyabr 2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, sonuncu tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hallar tərtib edilmiş protokolda tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi təsdiqedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmiş, beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Bundan başqa həmin qərarın elektron kabinetə nə vaxt yerləşdirilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 24 sentyabr 2020-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133 , 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 24 sentyabr 2020-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-197/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-197/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver