Məhkəmə qərarları › İş №3(012)-1972/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1972/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1972/2023 30.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Salyan rayonunun Kürsəngi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonunun Kürsəngi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 30 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan dairəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Abşeron rayonu, Xırdalan dairəsində polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki o, xx.xx.2023-cü tarixdə qardaşına məxsus “VAZ 2106” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən zaman polis əməkdaşı tərəfindən saxlanılmış və sürücüyə avtomobilin ödənilməyən cərimələrinin olduğunu bildirmişlər. Bu zaman qardaşı avtomobildən düşərək polis əməkdaşından protokolun0 tərtib etməsinin səbəbini soruşmuş, sonuncuda “qərar onlara təqdim edildikdə bilərsiniz” deyə ifadə işlətmişdir. O, bu zaman baş verənləri istifadə etdiyi mobil teleon vasitəsi ilə videolentə alarkən Polis əməkdaşı ilə qardaşının aralarında mübahisənin başladığını görən zaman artıq videoçəkilişi dayandıraraq, onları sakitləşdirməyə çalışmış, qardaşını polisin qanuni tələblərinə riayət etməyə çağırmış,polisə qarşı heç bir etiraz və ya kobudluq etməməyə çağırmış, onun tərəfindən isə polisə heç bir tabesizlik göstərilməmiş, bir müddət sonra 3 nəfər polis əməkdaşı hadisə yerinə gəlmiş və onları idarəyə aparmışlar.Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman Xirdalan dairəsində “VAZ 2106” markalı, **-FA-*** dövlət qeydiyyat avtomobil dayanma-durma qaydasını pozduğunu üçün sürücüyə yaxınlaşmışdır. Sürücüdən niyə burada saxladığını soruşanda bildirdi ki, maşın qızdırmışdır. Həqiqətdə isə maşın qızdırmamışdır.Avtomobili idarə edən vətəndaş Samir Şirinova dayanma-durma hərəkətlərini pozduğu üçün cərimə tətbiq etmək istədiyi zaman vətəndaş aqressiv bir şəkildə onun qanuni tələblərini yerinə yetirməyə mane olmuş və həmin şəxs ictimaiyyət içərisində söyüşlər söyməyə başlamış, sürücünü nizam-intizama dəvət etsə də sonuncu yenidən tabesizlik göstərməyə davam etmişdir. Həmin zaman sərnişin qismində əyləşən hazırda barəsində inzibati protokol tərtib edilmiş Şəxs avtomobildən düşərək, videoçəkiliş aparmağa başlamış və qardaşını sakitləşdirərək polisin qanuni tələblərinə riayət etməyə dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Abşeron rayonu, Xırdalan dairəsindən keçən zaman polis əməkdaşı ilə sürücü arasında mübahisənin olmasını görmüş və oraya yaxınlaşdıqda sürücünün tələb olunan sənədləri polis əməkdaşına verməyərək, polisin qanuni tələblərinə riayət etməməsinin şahidi olmuşdur. Kənarda dayanmış Şəxs mübahisəni sakitləşdirməyə cəhdlər etmiş, qardaşına polisin işinə müdaxilə etməməsini, onun qanuni tələblərinə riayət etməli olması barədə dəfələrlə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. Həmin məcəllənin 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Daxil olmuş inzibati xəta haqqında materiallarından və eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə tabe olmuşdur, onun polis işçilərinə tabesizliyi nədən ibarət olması hər-hansı bir mötəbər sübutla təsdiqini tapmamışdır, lakin inzibati orqan tərəfindən barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar