Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1973/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri BPİ-nin X11 İdarəsinin əməkdaşı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYP-nin əməkdaşı, polis kapitanı X1 qəbul etdiyi TP5908959 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü ildə saat 11:52 radələrində özünə məxsus olan “Mersedes Bens C230 minik” markalı 90ON602 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri Mövsüm Sənani küçəsi ilə hərəkət etmişdir. Yol ayrıcında sağa dönən zaman yol patrul xidməti əməkdaşları onu saxlamış, o isə səbəbini soruşduqa əməkdaş“Giriş qadağandır” yol nişanının tələbini pozmasını ona bildirmişdir. Sözsüz ki, o, razılaşmamış,polis əməkdaşı tərəfindən ona yolun solunda qoyulmuş “Giriş qadağandır” yol nişanını göstərmiş, lakin həmin vaxtı sağa dönməni qadağan edən heç bir yol nişanı olmamışdır. Həmin yerdən sağa dönən zaman heç nişanı görmək də mümkün deyildi. Onun etirazına baxmayaraq YPX əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, rəsmi olaraq şikayət etmiş, onun şikayətindən sonra yol ayrıcında “Düzünə və sola” və ” Baş yol” yol nişanları, sağa dönən kimi “Giriş qadağandır” yol nişanları quraşdırılmışdır. O, həmin günü və nişan quraşdırıldıqdan sonra həmin yerin fotoşəkillərini də çəkmişdir. Onun etirazına və şikayətinə baxmayaraq hadisə baş verən yerdə öz qanunsuz əməllərini ört-basdır edərək yol nişanları quraşdırmışlar. Sonra da onu AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək, 80 manat cərimə olunmağı barədə qərar qəbul etmişlər. Göstərilən səbəbdən onun barəsində aparılmış araşdırmanı və həmin araşdırmanın nəticəsi olaraq 80 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərarı qərəzli, əsassız və qanunsuz hesab edir, hətta qəbul edilmiş qərarın surəti belə ona təqdim edilməmiş, yalnız xx.xx.2023-cü il taridə ona rəsmi olaraq təqdim etmişlər. Ona görə də o, Bakı şəhər BPİ DYP-nin əməkdaşı, polis kapitanı X1 qəbul etdiyi qərarla razı deyil, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında qərar qəbul etmiş orqana iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat vermiş, lakin orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlsə də etibarnamə təqdim etməmişdir.Lakin,məhkəməyə gəlmiş Bakı şəhər BPİ DYP-nin əməkdaşının məhkəmədə inzibati protokolu tərtib etmiş şəxs olduğu müəyyən edildiyindən,məhkəmə həmin şəxsin işin halları ilə bağlı məlumat verə biləcəyini nəzərə alaraq, şahid qismində dindirmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınan inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X8 göstərdi ki, şikayət ərizəsində qeyd olunan həmin yol nişanları may ayından qoyulmuşdur. Belə ki, sürücü yol hərəkəti qaydalarını pozduğundan ona törətmiş olduğu pozuntu izah olunaraq barəsində protokol tərtib olunmuş,sürücü narazılığını bildirdiyi üçün onun tərəfindən qərar qəbul edilməmiş,sonradan araşdırılma aparılmış, X4 tərəfindən törədilmiş inzibati xəta təstiqini tapdığından sonuncu barəsində Bakı şəhər BPİ DYP-nin əməkdaşı, polis kapitanı X3 tərəfindən qərar qəbul olunaraq sürücü AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək, 80 manat cərimə olunmuşdur. Əlavə olaraq bildirir ki, bu hadisə baş verməmişdən əvvəl də digər sürücülər tərəfindən həmin yerdə eyni inzibati xəta hadisəsi dəfələrlə törədilmiş və bu barədə inzibati protokolları məhkəməyə təqdim edir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin X11 İdarəsinin əməkdaşı, polis kapitanı X1 11 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozması nəticəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək, 80 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə həm qərardan şikayət vermiş şəxsin, həm şahid qismində dindirilmiş protokol tərtib edən şəxsin izahatlarını, bundan əlavə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, X4 hazırki şikayətində Bakı şəhəri BPİ-nin X11 İdarəsinin əməkdaşı, polis kapitanı X3 tərəfindən onun barəsində tərtib olunmuş 11 avqust 2023-cü il tarixli, TP ******* saylı qərarın əsassız olduğunu qeyd etməklə həmin qərarı mübahisələndirsə də məhkəmədə şikayət araşdırılarkən müəyyən edilir ki, X4 idarə etdiyi “Mersedes Bens C230 minik” markalı 90ON602 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Mövsüm Sənani küçəsi ilə hərəkət edən zaman nəqliyyat vasitəsini “Giriş qadağandır” yol nişanı olduğu və saxlamalı olduğu halda, hərəkətini davam etmişdir. Bununla da X2 yol hərəkəti qaydalarını pozduğu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyi aşkar surətdə müəyyən edilir və bu hal X4 tərəfindən təqdim edilmiş fotoşəkillərlə də təstiqini tapır. Məhkəmə X2 qayda pozuntusu etmədiyini iddia etməsinə baxmayaraq məhkəmə hesab edir ki, X4 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması ilə nəticələnə bildiyindən yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Bakı şəhər BPİ DYP-nin əməkdaşı, polis kapitanı X1 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP5908959 saylı qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyndən şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 şikayəti rədd edilsin. Bakı şəhər BPİ DYP-nin əməkdaşı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP5908959 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-1973/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1973/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver