Məhkəmə qərarları › İş №3(012)-1974/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1974/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1974/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X3 vəkili-nümayəndəsi Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X10 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından X7 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X7 vəkili-nümayəndəsi Vəkil şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru X18 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək ona 1100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin bu qərarı ilə razılaşmadıqları üçün tərəflərindən şikayət vermək zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsində aparılan araşdırma zamanı əldə edilmiş sənədlərdən görünür ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlər əsasında X2 ilə bağlanmış əmək müqaviləsində həftəlik iş vaxtı norması 33 saat qeyd edilsə də texniki səhv edilərək təqdim edilən məktub və iş vaxtının uçotu tabellərində həftəlik iş vaxtı norması düzgün qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsi araşdırma aparan zaman həqiqəti öyrənmədən və müəyyən edilmiş uyğunsuzluqları aydınlaşdırmadan X9 inzibati cərimə tənbeh növü tətbiq etmişdir. Belə ki, X6 ilə bağlı iş vaxtının uçotu tabellərində texniki səhvə yol verilərək həftəlik iş vaxtının norması 36 saat olaraq göstərilmişdir. Lakin Əmək Məcəlləsinin və kollektiv müqavilənin tələblərinə uyğun olaraq N.Hüseynli həftəlik 33 saatdan çox olmamaqla işə cəlb edilmiş və əməyinin ödənilməsində heç bir pozuntuya yol verilməmişdir. Hər gün işçilər tərəfindən saatı qeyd edilməklə imza edilən jurnalda N.Hüseynli özü jurnalda saat 09:00-da işə gəlmə vaxtı, saat 15:30-da işdən getmə vaxtını qeyd edərək imza etmişdir. Bundan başqa, hazırkı mübahisə ilə bağlı Abşeron rayon məhkəməsində şikayətə baxılmış və məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Həmin məhkəmə iclasında Nizami Hüseynli bildirmişdir ki, hər gün saat 09:00-da işə gəlmiş və saat 15:30-da işdən getmişdir. Beləliklə də 1 saat nahar fasiləsini nəzərə almaqla gündəlik iş vaxtı 5.5 saat, həftəlik (6 günlük iş rejimi ilə) 33 saat təşkil edir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(012)-902/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Abşeron-Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilərək X18 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Abşeron-Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Abşeron-Xızı regional şöbəsinə göndərilməsi qərara alınmışdır. Hazırki mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş eyni inzibati xətaya görə eyni məzmunlu MN ******* nömrəli qərarından Xətai rayon Məhkəməsinə şikayət verilən zaman həmin iş üzrə ******* saylı order verilmişdir. Lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadla işi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Eyni inzibati xəta ilə bağlı qərardan şikayət verildiyinə görə hesab edir ki, həmin orderlə vəkil işə buraxıla bilər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-1819/2023 saylı qərardadı ilə X7 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edir ki, xx.xx.2023-cü ildə N.Hüseynli ilə xəstəxana arasında bağlanan əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verilmişdir. 10 apreldən qabaq ona əmək müqaviləsinə xitam veriləcəyi bildirildiyindən qərəzli və məqsədli şəkildə bu cür münasibət göstərərək şikayət etmişdir. Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə ödənişlərdə pozuntulara yol verilməsi deyil, əmək müqaviləsində qeyd olunan iş vaxtının norması ilə faktiki iş vaxtı norması arasında uyğunsuzluğun olmasıdır. İşçinin iş həftəsi ərzində 33 saatlıq iş vaxtı norması ilə işləməsi də onu göstərir ki, işçi onun həftəlik iş vaxtı normasının 5 saat 30 dəqiqə olduğunu bilmişdir. Əgər əksi olsa idi, işçi artıq işlədiyi iş vaxtlarına görə əməyin ödənilməsini tələb edərdi, ödənilmədiyi halda da artıq iş vaxtlarında işləməyə razı olmazdı. Belə bir halın olmaması da onu göstərir ki, iş vaxtının uçotu tabellərində 36 saat iş vaxtının qeyd olunması texniki səhvdir və N.Hüseynli bundan sui-istifadə edərək şikayət etmişdir. Bunların başlıca səbəbi odur ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi ilə N.Hüseynli arasında bağlanmış əmək müqaviləsinin müddəti bitən zaman ona müqaviləyə xitam veriləcəyi barədə məlumat verilmişdir. N.Hüseynli giriş-çıxış qeydi jurnalında özü tərəfindən qeyd edilən və imzası ilə təsdiq edilən işə gəlmə və işdən çıxma saatlarından görünür ki, o, reallıqda həftədə 33 saat işləmişdir. Bu da onu təsdiq edir ki, təqdim edilmiş iş vaxtının uçotu tabellərində qeyd olunan həftəlik iş vaxtının normasının 36 saat olması texniki səhvdir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi bir tibb müəssisəsidir və orada çalışan işçilər işdən sonra müəyyən saatlaradək qalmaq və istirahət etmək hüquqları var. İşi bitdikdən sonra həkimlərin xəstəxanadan avtomatik uzaqlaşdırılması pratik və məntiqli deyil. Hər bir həkim və ya istənilən işçi iş vaxtı bitdikdən sonra xəstəxanada vaxt keçirmək və ya xəstəxananı tərk etməkdə sərbəstdir. Əgər bir işçi iş vaxtı bitdikdən sonra xəstəxanada qalıb istirahət edirsə, heç bir işə cəlb olunmursa, xəstəxana buna görə məsuliyyət daşımamalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə görə iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Məcəllənin bu tələbindən də görünür ki, işçinin iş vaxtından artıq işə cəlb edilməsi işəgötürənin əmri və işçinin yazılı razılığı əsasında həyata keçirilir. Lakin X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsində araşdırma aparılan zaman Nizami Hüseynlinin iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən hər hansı bir əmr və ya yazılı razılıq təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin qadağan etdiyi və icazə verdiyi hallar var ki, həmin halların yaranıb-yaranmaması da araşdırılmamışdır. Bu da onu göstərir ki, X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsi heç bir araşdırma aparmadan mexaniki olaraq şablon qərar qəbul etməklə kifayətlənmişdir. Belə ki, X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının “Müəyyən edildi” hissəsində müəyyən edilən hallar qeyd olunmalı idi. Lakin qərar formal xarakter daşıdığından həmin qərarın tərtib edilməsi üçün heç bir əziyyət çəkmək istəməyən Abşeron-Xızı regional şöbəsi “Müəyyən edildi” hissəsinə İXM-nin 192.4cü maddəsini olduğu kimi köçürmüşdür. Bütün qeyd olunan hallardan görünür ki, X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bundan başqa Abşeron-Xızı regional şöbəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Hesab edirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş edir. X3 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X19 məhkəmədə şikayətə etiraz edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-902/2023 nömrəli Qərarı ilə X18 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə göndərilmişdir. X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə etdiyi müraciətində Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkim-radioloq vəzifəsində çalışdığını, əmək müqaviləsində gündəlik iş vaxtının 6 saat olduğu halda əlavə 1 saat işə cəlb olunduğunu bu işə görə əlavə əmək haqqı verilmədiyini, həmçinin iş saatından kənar günün istənilən vaxtında xəstəxanaya çağırıldığını və xəstəxanada “məsul həkim” vəzifəsinin olmasına baxmayaraq bu işin icrasının 15:30-dan 09:00-a qədər olduğunu bildirdiyini, bu işlərə görə ödəniş ödənilmədiyini qeyd etmişdir. “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanununun 12.3.2 bəndinə əsasən, müraciətə baxan subyektlərin vəzifəli şəxsləri məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər. N.Hüseynlinin müraciətinin “Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə tam hərtərəfli araşdırılmasının təmin edilməsi, vətəndaşın müraciətindəki tələbinə dair aidiyyəti təsdiqedici sənədlərin təqdim edilməsi və müraciətə rəsmi münasibət bildirməsi üçün tərəflərindən Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-7977/2023 saylı məktubla rəsmi müraciət edilmişdir. Qeyd olunan müraciətə dair “Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi PHŞ xx.xx.2023-cü il tarixli, 6-30/2- 589/2023 saylı direktorun imzası və müəssisənin möhürü ilə təsdiq edilmiş rəsmi cavab məktubunda N.Hüseynlinin xəstəxananın radiologiya şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsində həftəlik iş saatı 36 saat, gündəlik iş vaxtı 6 saat olmaqla işlədiyini, 1 saat nahar fasiləsi verilməklə nahar fasiləsinin iş vaxtına daxil edilmədiyini xəstəxana üzrə ödənişsiz gecə növbəsi tətbiq olunmadığı və “məsul həkim” vəzifəsi olmadığını bildirilmişdir. Həmçinin müraciətlə bağlı xəstəxananın Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi N.Hüseynli ilə bağlanmış və hər iki tərəfin imzası müəsisənin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin 4.11-cu bəndində onun həftəlik iş saatının müddətinin 33 saat olduğu qeyd olunmuşdur. Müraciətlə bağlı Xəstəxananın təqdim etdiyi 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar, fevral aylarının iş vaxtının uçotu tabellərində N.Hüseynlinin gündəlik 6 saat, həftəlik 36 saat olmaqla işə cəlb olunduğu qeyd edilmişdir. Bu iş vaxtının uçotu tabelləri Xəstəxananın direktor müavininin imzası müəssisənin möhürü ilə təsdiq edilmiş, eyni zamanda xəstəxananın vəzifəli şəxslərinin (şöbə müdiri, böyük tibb bacısı, insan resursları şöbəsinin müdiri, kadrlar üzrə mütəxəssisi) imzaları ilə təsdiq edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi rəsmi məlumata və məlumata əlavə edilmiş təsdiqedici sənədlərə baxılmış N.Hüseynlinin xəstəxanada 6 günlük iş həftəsində 36 saatlıq iş rejimində işlədiyi müəyyən edilmişdir. Xəstəxananın direktoru A.İsmayılov tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91.1-ci (İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər), 92.1-ci (Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir) və 215-ci (normal əmək və istirahət rejiminə riayət edilməsi) maddələrinin tələbləri pozulduğundan inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Tərəflərindən Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-12282/2023 nömrəli (SS815281255AZ) sifarişli məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması tarixi, yeri, vaxtı barədə məlumat verilməklə, xəstəxananın rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi, iş üzrə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması və təklif olunması məqsədi ilə rəsmi müraciət olunmuş, rəsmi müraciət məktubu xx.xx.2023-cü il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və bu Məcəllənin 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) maddələrinə əsasən xx.xx.2023-cü il tarixdə MN1496065 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərkən Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun protokolun tərtib olunması tarixi və yeri barədə məlumatı olsa da iştirak etməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokola izahat verməmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı İnzibati xəta haqqında protokol bildiriş şöbəsinin 3-17-5/2- 13474/2023-cü saylı, xx.xx.2023-cü il tarixli rəsmi məktubu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. X1 əmək qanunvericiliyinin tələbinə uyğun olaraq həftə ərzində 33 saatdan artıq olmamaqla qısaldılmış iş vaxtı tətbiq edilməsi, iş vaxtından artıq vaxt ərzində görülən işə görə əmək haqqının ödənilməsinin Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinin tələbinə uyğun təmin edilməsi üçün tərəflərindən Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə 3-17- 5/2-13500/2023 saylı, xx.xx.2023-cü il tarixli göstəriş məktubu ünvanlanmışdır. Tərtib olunmuş protokola əsasən İXM-nin 192.4-cü maddəsinə uyğun olaraq şöbənin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru X18 barəsində 1100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmiş və bu qərar icra olunması üçün şöbənin 28,04.2023-cü il tarixli məktubu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi Məhkəmə inzibati xəta haqqında işin hallarını düzgün qiymətləndirə bilməmişdir. X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüququnun bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsindən fərqli olaraq işçinin hüququnu pozan və qanuna zidd olan qərar qəbul etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-902/2023 saylı qərarında X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə nəzərdə tutulan xətanı törətməsinə dair qərar onun iştirakı olmadan və izahatı alınmadan, həmçinin qərarın tarixində səbəbi məlum olmayan düzəliş edilməklə qəbul olunduğundan qərar ləğv edilməli,inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin 4-cü bəndinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Tərəflərindən Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-12282/2023 nömrəli (SS815281255AZ) sifarişli məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması tarixi, yeri, vaxtı barədə məlumat verilməklə, xəstəxananın rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi, iş üzrə bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunması məqsədi ilə rəsmi müraciət olunmuş, rəsmi müraciət məktubu xx.xx.2023-cü il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən qəbul edilsə də inzibati xəta haqqında protokol tərtib edilərkən Abşeron Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi protokolun tərtib olunması tarixi və yeri barədə məlumatı olsa da iştirak etməmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru X18 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın tarixində heç bir düzəliş edilməmişdir. Eyni zamanda Abşeron rayon Məhkəməsinin qərarında Abşeron Rayon Mərkəzi X8 Müfəttişliyi Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi iş vaxtının uçotu tabellərində və müraciətə dair cavab məktubunda həftəlik iş vaxtı normasının 36 saat olması texniki səhv olduğu qeyd edilsə də bunun texniki səhv olmasını sübut edəcək faktlar, sənədlər və hallar Məhkəmə tərəfindən müəyyən edilməmiş və qeyd olunanlar öz təsdiqini tapmamış sübuta yetirilməmişdir. Belə ki, təqdim olunmuş 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar, fevral aylarının iş vaxtının uçotu tabellərində şüa diaqnostikası üzrə həkim vəzifəsində çalışan bütün həkimlərin gündəlik 6 saat olmaqla, 6 günlük iş həftəsində işlədikləri qeyd edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-902/2023 nömrəli Qərarında həmçinin Sumqayıt Apellyasiya Məhkəmsinin 3(105)-412/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının da Abşeron Rayon Mərkəzi X8 Müfəttişliyi Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi iş vaxtının uçotu tabellərində və müraciətə dair cavab məktubunda həftəlik iş vaxtı normasının 36 saat olması texniki səhv olduğu qeyd edilsə də bunun texniki səhv olması, texniki səhv olaraq qəbul etməsi ilə bağlı məhkəmələr heç bir qeyd etməmiş, buna dair heç münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən işəgötürən-faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur və iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Bu Məcəlləsinin 9-cu maddəsinin ”g” bəndinə əsasən işçinin qanunvericliklə müəyyən olunmuş iş vaxtında çalışma hüququ vardır. Həmçinin Bu Məcəllənin 12-ci maddəsinin müvafiq bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək bu məcəllənin və əmək qanunvericliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələri və məsuliyyətinə aiddir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən “işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğində cərimə nəzərdə tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-412/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının “Hüquqi məsələlər” bölməsinin 11-ci bəndində apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayət verən birinci instansiya məhkəməsi tərəfindən işin düzgün araşdırılmaması, X7 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olduğu halda inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə düzgün olmayan nəticəyə gəldiyinə istinad edildiyi qeyd edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-902/2023 nömrəli Qərarına əsasən tərəflərindən Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-36221/2023 nömrəli (SX000238033AZ) sifarişli məktubla inzibati xəta haqqında iş baxılmasının tarixi, yeri, vaxtı barədə məlumat verilməklə, xəstəxananın rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi, iş üzrə bütün sübutların təqdim olunması təklif olunması məqsədi ilə bildiriş təqdim olunmuş, bildiriş xx.xx.2023-cü il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tərəfindən qəbul edilsə də inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tərtib olunması tarixi və yeri barədə məlumatı olsa da iştirak etməmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən X12 Xidmətinin Abşeron- Xızı regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № li ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul olunaraq 1100 manat məbləğində inzibati cərimə edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Ona görə də barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru X7 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, o, Abşeron Rayon Mərkəzi Xəstəxanasında işləmişdir. Xəstəxana rəhbərliyi tərəfindən iş vaxtından artıq işə cəlb olunmuş, 3-5 ay ərzində normadan artıq işləmişdir. Saat 09:00-dan 14:30-a qədər işləməli olsa da saat 16:30-a kimi xəstəxanada qalmış, hətta bəzən gecə saatlarında, saat 01 radələrində işə çağırılmışdır. İş vaxtından artıq işləsə də buna görə ona indiyədək əlavə əmək haqqı ödənilməmişdir. Məhkəmə X3 vəkili-nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X19 dinləyib,şikayət ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət ərizəsində göstərilənlər və X7 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki,məhkəmədə tədiq edilmiş işin faktiki hallarından görünür ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi və həftəlik iş saatının müddəti 33 saat müəyyən olunsada, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi rəsmi məlumata və məlumata əlavə edilmiş təsdiqedici sənədlərə əsasən 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar, fevral aylarının iş vaxtının uçotu tabellərində N.Hüseynlinin gündəlik 6 saat, həftəlik 36 saat olmaqla işə cəlb olunduğu müəyyən edilir. X4 şikayət ərizəsində və onun vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında xəstəxanasının təqdim etdiyi rəsmi sənədlərdə həftəlik iş vaxtı normasının 36 saat olması texniki səhv olduğu qeyd edilsə də bunun texniki səhv olmasını sübut edəcək faktlar, sənədlər və hallar mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edilmədiyindən X7 əməlində vəzifəli şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri vardır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsi haqlı olaraq X17 Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir.Lakin,məhkəmə 1500 manat inzibati cərimənin məbləği ilə razılaşmır və nəzərə alsaq ki, inzibati xətaya görə Azər İsmayılovun barəsində İXM-in 33-cü maddəsi ilə müəyyən edilən hər hansı bir ağırlaşdırıcı hal olmadığından, həmin məbləğ İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə müəyyən edilmiş ədalət pirinsipinin və İnzibati tənbeh tətbiq etmənin ümumi qaydalarını tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin mahiyyəti ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarla X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1100 manat məbləğində inzibati cərimənin azaldılaraq 750 manat həddində müəyyən edilməsini inzibati tənbehin məqsədinə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən nzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib, 1100 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı həmin qərara əsasən müəyyən olunmuş cərimə məbləğinə münasibətdə dəyişdirilməli və X18 barəsində inzibati tənbeh olaraq tətbiq olunmuş 1100 manat məbləğində cərimənin miqdarı dəyişdirilərək 750 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9,31,32,33,76,84,128,129,134,135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X7 vəkili-nümayəndəsi Vəkil Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib, 1100 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı cərimə məbləğinə münasibətdə dəyişdirilsin və X18 barəsində inzibati tənbeh olaraq tətbiq olunmuş cərimənin miqdarı dəyişdirilərək 750 manat məbləğində müəyyən edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar