Məhkəmə qərarları › İş №3(012)-1975/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1975/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1975/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Abşeron DYPŞ-nin polis mayoru Seymur Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh X5ın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYPŞ-nin polis mayoru Seymur Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh X5ın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırdı ki, xx.xx.2023-cü il tarixdə axşam saat 18:00 radələrində Hadisə ilə bağlı fotoşəkillər ərizəyə əlavə olunur. Beləliklə, X6 Polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirmiş və qarşı tərəfin onun hərəkət zolağına daxil olduğunu, bu nöqsanı açıq-aşkar gördükləri halda onun barəsində Azərbayean Respublikasının İnzibati Xətalar Məeəlləsinin 327.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı X4 haqqında Qərara əsasən. 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir.Hesab edirəm ki. X6 Polis şöbəsinin barəsində tətbiq etdiyi xx.xx.2023-eü il tarixli TP ******* saylı İnzibati İ'ənbeh X5 qeyri-qanuni və əsassızdır. Bu səbəblə, sözügedən qərarın ləğvi və həmin qərara əsasən barəmdə tətbiq edilmiş 40 (qırx) manat məbləğində cərimənin silinməsi tələbi ilə məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Ona görə də qeyd olunan protokol və onun əsasında qəbul edilən qərarın ləğv olunması zərurəti yaranmışdır. İşin materiallarında olan hadisənin video-görüntüdən görünür ki, X3 Sumqayıt istiqamətindən Bakıya gedərkən, Masazır dairəsi deyilən yol ayrıcına daxil olarkən, 99ZF136 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili qəflətən sağdan manevr edərək ötmə əməliyyatı həyata keçirməklə, X1 yoluna daxil olmuş, ona maneə yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron DYPŞ-nin polis mayoru Seymur Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, DAF FTXF 105 yük markalı, 90BY541 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati qaydada 40 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, məhkəmə hesab edir ki,hadisənin baş verməsində şikayətverənin təqsiri müəyyən edilmir, bu əsasda şikayət təmin edilməli, Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh X5 ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron RPİ-in DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh X5ı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar