Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1976/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin X3 baş inspektor, polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış müddətin bərpasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin X3 baş inspektor, polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin X3 baş inspektor, polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327-cü maddəsi ilə təqsirli bilinərək hər bir protokol üzrə ayrı- ayrılıqda 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. X4 tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə verilmiş ərizə onunla əsaslandırılmışdır ki, barəsində qəbul olunmuş inzibati xəta haqqında iş üzrə qərar elektron sistemə yerləşdirilsə də onun xəbəri olmamış, qərarın üzərindən göründüyü kimi xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsindən əlbəəl əldə etmişdir. Ona görə də məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin X3 baş inspektor, polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsinin qanunla müəyyən edilmiş müddətinin buraxılması səbəbinin üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə X4 ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə qərar ona xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, həmin qərardan Abşeron rayon Polis İdarəsinə şikayət verilməli olduğu bildirilmişdir. Onu səhv yönləndirdikləri üçün müddəti ötürmüşdür. Bundan əlavə o, qərarla bağlı mia.gov.az saytına şikayət etmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin X3 baş inspektor, polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.5.2-ci maddəsinə əsasən bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi şikayətçi X4 qeyd olunan qərardan şikayət vermə müddətinin ötürülməsinin üzürlü səbəbdən ötürülmüş hesab olunmasına dair heç bir üzürlü səbəb təqdim etməmişdir. Beləliklə məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin X3 baş inspektor, polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi əsassız olduğundan rədd edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin X3 baş inspektor, polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-1976/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1976/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver