Məhkəmə qərarları › İş №3(012)-1978/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1978/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1978/2020 28.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdam şəhəri, H.Aslanov küçəsi, 45 saylı evdə qeydiyyatda olan və Abşeron rayonu, Gənclər şəhərciyi y/k, bina 46, mənzil 27-də yaşayan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, tanımadığı şəxsdən 100 manat müqabilində 10 bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, Abşeron rayon polis idarəsində polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 09 ədəd kağıza bükülmüş bükümdə ümumi çəkisi 1,795 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X2 izahatında göstərmişdir ki, Ağdam şəhəri, H.Aslanov küçəsi, 45 saylı evdə qeydiyyatda olan və Abşeron rayonu, Gənclər şəhərciyi y/k, bina 46, mənzil 27-də yaşayan Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, onun üzərində narkotik vasitə olması barədə polis idarəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, Şəxs əməliyyat müvəkkilləri tərəfindən Abşeron rayonu, Gənclər şəhərciyi y/k-də saxlanılıb, rayon polis idarəsinə gətirilmişdir. İdarədə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 09 bükümdə ümumi çəkisi 1,795 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Həmin faktla əlaqədar Abşeron rayon Pİ-in İŞ-nin araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Gənclər şəhərciyi y/k, bina 46, mənzil 27-də yaşayır. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2020-ci il tarixdə özü istifadə etmək üçün tanımadığı şəxsdən 100 manat müqabilində 10 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Bir bükümünü istifadə etmiş, qalan 09 bükümü sonra istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları yaşadığı küçədə olarkən onu saxlayıb, polis idarəsinə gətirmişlər. İdarədə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 09 ədəd kağıza bükülmüş 1,795 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. İşə əlavə edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/623 saylı rəyindəngörünür ki, Şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd zərfin içərisində 09 ədəd kağız bükümdə təmiz çəkisi – 1,795 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, tanımadığı şəxsdən 100 manat müqabilində 10 bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, Abşeron rayon polis idarəsində polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 09 ədəd kağıza bükülmüş bükümdə ümumi çəkisi 1,795 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, “cinayət işinin başlanması rədd edilməsi haqqında” qərarı, ekspertizanın rəyi və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş və Abşeron rayon Pİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,795 qram çəkidə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 16:20-dan hesablansın. Abşeron rayon Pİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,795 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar