Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1978/2023 31.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 30 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 oktyabr 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında olduğu zaman idarənin ümumi iş rejimini kobud surətdə pozduğundan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X2 oğlu Şəxs evdə münaqişə yaratması barədə DİN-nin 102 xidmətinə etdiyi müraciəti ilə bağlı həmin ünvana getmiş və Şəxs Abşeron RPİ-nə dəvət edilmişdir. Şəxs RPİ-də olan zaman özünü aqressiv apararaq, səs-küy salmış, orada olan digər şəxsə xəsarət yetirərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, , polisə tabe olmadığı üçün törətdiyi inzibati xətada özünü təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Yüzbaşıyev Emil Vaqif oğlu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğumuz zaman saat 15-16 radələrində DİN-nin 102 xidmətindən hadisə yeri barədə məlumat verilərək, ora yaxınlaşmağımız bildirdildi. Ünvana yaxınlaşdıqda valideyni Şəxs ona xəsarət yetirəcəyindən qorxduğunu bildirdikdə sonuncunu idarəyə gətirdik. İdarədə olan zaman Şəxs digər vətəndaşla arasında mübahisə olmuş, onun nizam-nitizma dəvət etsəkdə, o polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 30 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 oktyabr 2023cü il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında olduğu zaman idarənin ümumi iş rejimini kobud surətdə pozduğundan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 18:45 radələrində tutulmuşdur. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə təqsiri sübuta yetirildiyindən, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 gün müddətində inzibati qaydada həbs edilməli, həbs etmənin əvvəli, inzibati qaydada tutulduğu, vaxtdan 30 oktyabr 2023-cü il tarixdən saat 18:45-dən hesablanmalı, qərarın icrası Abşeron Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə 18:45 dəqiqədən hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-1978/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1978/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver