Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-198/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2024-cü il tarixli MN №1440994 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və 12 yanvar 2024-cü il tarixli Ç-İM/4324-005 saylı iddia tələbinə əsasən hesablanmış 830 mant cərimə borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, 08 yanvar 2024cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə,1 saylı binanın arxasındakı boş ərazini kol-kosdan təmizləyərkən cavabdeh orqanın nümayəndələri ona yaxınlaşmış və nə iş gördüyünü soruşmuşlar. O da cavabında 2-ci Qarabağ müharibəsi əlili olduğunu və təmizlədiyi bu ərazidə meyvə satışı ilə məşğul olmaq istədiyini bildirmişdir. Əməkdaşlar bir neçə şəkil çəkib oradan uzaqlaşdılar. Bir neçə gündən sonra ona zəng idarədə sənədlərin olmasını bildirdilər. O, idarəyə gedəndə 2000 manat cərimə olunmasından məlumatlı olmuşdur. Lakin onun şəkilləri çəkilərkən əməkdaşlar sadəcə sənəd hazırladıqlarını bildirmişlər. Ona qarşı heç bir problem yoxdur. Bundan başqa cavabdeh təşkilatın ona ünvanladığı 12 yanvar 2024-cü il tarixli Ç-İM/4324-005 saylı iddia tələbində onun əlavə edilmiş hesabata görə kəsdiyi ağacları diametrinə əsasən hesablayaraq cəmi 830 manat ziyan vurmağına görə həmin ziyanın ödənilməsi tələb olunur ki, o, bununla da razı deyil. O, kol-kosu qırıb təmizləmişdir ki, onlarında ölçüləri qeyd edildiyi kimi deyildir. Barəsində qəbul edilən inzibati qərardan narazıdır və hesab edir ki, ləğv edilməlidir. Belə ki, onun törətmədiyi inzibatı xətaya görə cərimə edilməyi əsas ola bilməz, qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov izahat verərək bildirmişdir ki, İdarə tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, Yusif Mustafayev 08 yanvar 2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə,1 saylı binanın arxasındakı boş ərazini kol-kosdan təmizləyərkən ərazidə olan ağaclara zərər yetirərək, qeyd olunan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta protokol tərtib edilən vaxt çəkilmiş fotoşəkillərlə açıq-aşkar sübuta yetirilir. Odur ki, qərarın ləğvi barədə şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və üzürlü səbəblər barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, məhkəmə şikayətə qərardan şikayət verən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli, 83095 saylı aktdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ərazisində yerləşən 1 saylı binanın arxasında yerləşən boş ərazidə 5 ədəd qovaq ağaclarını kəsmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ərazisində yerləşən 1 saylı binanın arxasında yerləşən boş ərazidə 5 ədəd qovaq ağaclarının kəsilərək məhv olunması əsası ilə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 yanvar 2024-cü il tarixli, inzibati xətalar haqqında işlər üzrə bildirişindən görünür ki, X2 rayonu Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yerləşən 1 saylı binanın arxasındakı boş ərazidə 5 ədəd qovaq ağaclarının kəsilərək məhv edilməsi faktı ilə əlaqədar başlanmış inzibati araşdırma üzrə xx.xx.2024-cü il tarixdə saat 11:00-da İdarəyə çağırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, 1 saylı binanın arxasındakı boş ərazidə 5 ədəd (d=12-24 sm) qovaq ağaclarının kəsilərək məhv edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində vəzifəli şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə -fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.12-ci maddəsində göstərilmişdir ki: yaşıllıqların götürülməsi dedikdə, bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir başa düşülür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 rayonu Xırdalan şəhəri 25-ci məhəllə, 1 saylı binanın arxasındakı boş ərazidə 5 ədəd ağacı kəsməsinə görə inzibati məsuliyyətə cəlb edilərək, inzibati cərimə tətbiq edilməsi barədə protokol tərtib edilsə də, lakin aparılmış məhkəmə araşdırması zamanı ağacların kəsildiyini sübut edən fotoşəkillər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-198/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-198/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver