Məhkəmə qərarları › İş №3(012)-1980/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1980/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1980/2020 11.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Əliyeva Pərvanə Kazım qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun və DİN BDYPİ-nə tabe olan YPXAİ qrupunun inspektoru polis kapitanı X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İsmayıllı rayonu, Hacıhətəmli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs oğlunun barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxxxxx 2020-ci il tarixdə Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında 1-ci Taqım YPX inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında DİN BDYPİ-nə tabe olan YPXAİ qrupunun inspektoru polis kapitanı X2 bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə Şəxs oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi müəyyən edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinəsi alınmış alınmş, xx xxxxxxx 2020-ci il tarixli, İPX ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs protokolda qeyd olunanların doğruluğunu təsdiq etməyərək və özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində pivə içmiş, səhər tezdən işə gedərkən yoxlanılarkən spirtli içki qəbul etdiyi üçün 07:35 radələrində sərxoşluq vəziyyətinin tibbi müayinəsi alınmış, orada alkometr 0,36% göstərmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra şəhərdə təkrar sərxoşluq vəziyyətinin tibbi müayinəsidən keçmiş və alkometr 0,00% göstərilmişdir. Məhkəmədən onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etdi. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 2/16572 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsəsdi ilə 07:35 radələrində aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs inzibati xətanı törədən zaman orta alkoqol sərxoşluğu vəziyyəti müəyyən olmuş, alkometr 0,36% göstərilmişdir. Məhkəməyə təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli, K/39 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsəsdi ilə 11:00 radələrində aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin zaman ayıq vəziyyəti müəyyən olmuş, alkometr 0,00% göstərilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, xx xxxxxxx 2020-ci il tarixdə Şəxs oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinəsi alınmış alınmş, onun barəsində xx xxxxxxx 2020-ci il tarixli, İPX ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, K/39 saylı, xx xxxxxx 2020 tarixli, saat 07:30-da Alkometr cihazı ilə tibbi müayinədən keçməklə alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Şəxs 0,36 promilli alkoqol sərxoşluğu vəziyyəti vardır. Həmçinin bu müayiədən sonra inzibati xəta törətmiş Şəxs məhkəməyə təqdim olunmuş öz təşəbbüsü əsasında 2/16572 saylı, xx xxxxxx 2020-ci il tarixli, saat 11:20-də ALCA2010 cihazı ilə tibbi müayinədən keçməklə alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Şəxs 0,00 promilli alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati protokolun obyektiv araşdırılıb qanuni nəticəyə gəlinməsi və hər iki sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilən müayinəyə mütəxəssis münasibəti, rəyi bildirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubluka Narkoloji Mərkəzinə müraciət olunmuş, rəy alınmışdır. Alınmış xx.xx.2020-ci il tarixli, xx/xx-11697 saylı rəydən görünür ki, Şəxs hər iki sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktına baxılmışdır. Vətəndaş Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə xx.xx.2020-ci il tarixdə saat 07:30-da Alkometr cihazı ilə tibbi müayinədən keçmiş və onun qanında alkoqolun miqdarı 0.36 promil müəyyən edilərək K/39 saylı Akt tərtib edilmişdir. Həmçinin bu müayinədən sonra inzibati xəta törətmiş vətəndaş Şəxs məhkəməyə təqdim olunaraq öz təşəbbüsü əsasında sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 2 saylı məntəqəsində xx.xx.2020-ci il tarixdə saat 11:20-də ALCA2010 cihazı ilə tibbi müayinədən keçmiş və onun qanında alkoqolun miqdarı 0.00 promil müəyyən edilərək 2/16572 Akt tərtib edilmişdir. Nəzərə alsaq ki, qanda olan spirtin miqdarı hər 1 (bir) saata 0.20 - 0.40 promil təmizlənir. Vətəndaşın 3 (üç) saat 50 (əlli) dəqiqə sonra aparılmış tibbi müayinəsinin nəticəsi normal haldır.Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, hər iki Aktın doğruluğu təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 34.3-ci maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası İsmayıllı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar