Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1981/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş Cinayət Təqibindən kənar icraatlar idarəsinin X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdəQuba rayonu Rostov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və Abşeron rayonu, Quşçuluq massivində ünvansız fərdi tikilidə kirayə yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X6 tərəfindən qəbul edilən 23 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında daxil olan qərar və materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs- ‘’İNAM’’ 2019 MMC-nin Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndisi vəzifəsində işləmiş, xx.xx.1978-ci il təvəllüdlü, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və Abşeron rayonu, Quşçuluq massivində ünvansız fərdi tikilidə kirayə yaşayan Şəxs (FİN: 81DOJO4) “İstehsalat prosesləri” 12.2.003-75 DST-nin /Dövlət standartı/2.3.1 və 2.3.2-ci bəndlərinə uyğun olaraq istehsalat binalarında kənarda işlərin görüldüyü istehsal sahələri və istehsal müəssisəsinin ərazisində qüvvədə olan norma və qaydaların, müəsissənin ərazisində yerləşən texnoloji və nəqliyyat kommunikasiyaları, keçidlər və avtomobil yollarının qüvvədə olan tikinti normalarına və qaydalarına uyğun olaraq bu ərazidə yerləşən insanların təhlükəsizliyinin təmin edilməsi tələblərinə uyğun olmasına dair tələbləri, eləcə də ‘’Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının tələbinin 12-ci bəndinə əsasən işçilərin iş şəraitinin sistematik (gündəlik) yoxlanılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi ilə iş yerlərində, gəzinti və giriş yollarında təmizliyin və nizam-intizamın təmin edilməsi və iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdarlıq yazıları, plakatlarla təmin edilməsi barədə tələblərini pozaraq, əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq vəzifələrini yerinə yetirmədiyindən həmin MMC-də usta-tökücü vəzifəsində işləmiş xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-cil tarixdə zavodun ərazisində yerləşən geyim otağının qarşısında ayağının yerdən çıxan dəmir parçasına ilişərək yıxılıb sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuş, bununla da İXM-in 198.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 qeyd etdi ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ilə 225-C-23 nömrəli material üzrə CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Faktda İXM-in 198.3-cü maddəsinin tərkibi olduğundan material üzrə İXM-in maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün aidiyyatı üzrə göndərilmişdir. Barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə İXM-in 198.3-cü maddəsi ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır.İnzibati xəta tərkibi ‘’Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi’’ publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 222/MEŞ nömrəli tibbi rəyi, Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5170 nömrəli 10/5170 nömrəli rəyi, zərərçəkmiş usta-tökücü Zərərçəkmiş şəxs, ‘’İNAM 2019’’ MMC-nin direktoru X4, usta tökücü X3, növbə rəisi X9, Əməyin mühafizəsi və texniki təhlükəsizliyi mühəndisi Şəxs, tökücü X5 izahatları, MMC tərəfindən təqdim edilmiş sənədlər və toplanmış digər sənədlərlə təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında qeyd etdi ki, özünü təqsirli hesab etmir, iş üzrə zərərçəkən şəxs qismində tanınan Zərərçəkmiş şəxs tərəfindən ona şər-böhtan atılır, xəsarəti iş yerində almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X6 tərəfindən qəbul edilən 23 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs- ‘’İNAM’’ 2019 MMC-nin Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndisi vəzifəsində işləmiş Şəxs (FİN: 81DOJO4) “İstehsalat prosesləri” 12.2.003-75 DST-nin /Dövlət standartı/2.3.1 və 2.3.2-ci bəndlərinə uyğun olaraq istehsalat binalarında kənarda işlərin görüldüyü istehsal sahələri və istehsal müəssisəsinin ərazisində qüvvədə olan norma və qaydaların, müəsissənin ərazisində yerləşən texnoloji və nəqliyyat kommunikasiyaları, keçidlər və avtomobil yollarının qüvvədə olan tikinti normalarına və qaydalarına uyğun olaraq bu ərazidə yerləşən insanların təhlükəsizliyinin təmin edilməsi tələblərinə uyğun olmasına dair tələbləri, eləcə də ‘’Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının tələbinin 12-ci bəndinə əsasən işçilərin iş şəraitinin sistematik (gündəlik) yoxlanılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi ilə iş yerlərində, gəzinti və giriş yollarında təmizliyin və nizam-intizamın təmin edilməsi və iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdarlıq yazıları, plakatlarla təmin edilməsi barədə tələblərini pozaraq, əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq vəzifələrini yerinə yetirmədiyindən həmin MMC-də usta-tökücü vəzifəsində işləmiş xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-cil tarixdə zavodun ərazisində yerləşən geyim otağının qarşısında ayağının yerdən çıxan dəmir parçasına ilişərək yıxılıb sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuşdur.Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 20 iyun 2023-cü il tarixli, 222/MEŞ saylı tibbi rəyi ilə müyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sol bazu sümüyünün böyük qabarının sınığı xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səəbəb olan sağlamlığa az ağır xəsarət vurmaya aiddir,müddəti rəyin təsviri hissəsində göstərilən vaxta 20 dekabr 2022-ci il tarixə uyğun gəlir. İşdə olan Zərərçəkmiş şəxs özünün izahatında 20 dekar 2022-ci il tarixdə işdə gecə növbəsində olduğunu işə başlamazdan əvvəl əynini dəyişmək üçün geyim otağına keçəndə geyim otağının qarşısında büdrəyərək yıxılmış,sol çiyni qarşısında olan divarın sol küncünə dəymiş və xəsarət almışdır. İşin materiallarında olan şahid ifadələri də qeyd edilən halı təsdiq etmişlər. Bununla da ’İNAM’’ 2019 MMC-nin Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndisi vəzifəsində işləmiş Şəxs İXM-in 198.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübutdur. Məhkəmə İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 198.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs inzibati xəta törətməsində təqsiri iş materiallarında olan sübutlarla tam sübuta yetirilir. Göründüyü kimi Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması nəticəsində maddi ziyan vurmuş və bununla da İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 198.3-cü maddəsinə görə 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması və ziyanı ödəmək istəməsi məsuliyyəti yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin , 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublika İXM-nin198.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1981/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1981/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver