Məhkəmə qərarları › İş №3(012)-1982/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1982/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1982/2020 11.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından X2 şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylıqərarın ləğv edilməsini xahiş etmişdir. O şikayət ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis baş leytenantı X3 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə barəmdə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası DİN-nin Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə mən Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Aşadğıda qeyd etdiklərimə əsasən hesab edirəm ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qeyd etmək istəyir ki, o, “Bizim Market” mağazalar şəbəkəsində əmtəəşünas vəzifəsində işləyir. Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tədbirlər çərçivəsində insanların icazə olmadan yaşadığı evdən çıxması ilə bağlı qadağalar tətbiq olunmuş, lakin müvafiq icazəsi olan şəxslərin ölkə ərazisində hərəkəti və işləməsi üçün icazə verilmişdir. Onun da həmin müddətdə işləmək və sərbəst hərəkət etmək üçün müvafiq icazəsi olmuş və bu portal vasitəsi ilə qeydə alınmışdır. İnzibati xətanın törədilməsi tarixi kimi göstərilmiş xx.xx.2020-ci il tarixdə o rəsmi olaraq icazəli şəxs olmuş və həmin icazə əsasında hərəkət etmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində polis əməkdaşları onu saxlayaraq ondan icazəsinin olub-olmadığını soruşmuş, həmin vaxt o müvafiq icazəsin olduğunu demiş və yoxlanılması üçün şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşı şəxsiyyət vəsiqəmə baxdıqdan sonra ona qaytarmış və o oradan getmişdir. Həmin vaxt polis əməkdaşı onun barəsində hər hansı bir inzibati xəta haqqında protokol tərtib etmədi və ya bu barədə heç bir söz demədi. Lakin sonradan ona məlum oldu ki, həmin vaxt onun barəsində inzibati xəta barədə protokol tərtib edilmiş və o, cərimə edilmişdir. Belə ki, bir neçə gün bundan əvvəl qeydiyyatda olduğu Abşeron rayov İcra və Probasiya şöbəsindən ona zəng gəldi və cəriməni ödəməyi tələb olundu. O, cərimənin nə barədə olduğunu soruşduqda icra məmuru ona bildirdi ki, barəsində karantin rejimi qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, cərimə edilmişdir. Göründüyü kimi, polis əməkdaşı tərəfindən barəmdə karantin rejimi qaydalarının pozulmasına görə qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar ın ləğv edilməsini xahiş etmişdir. X4 və Bakı şəhər Xətai rayon Polis İdarəsinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X4 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş 100 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, X5 epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə şikayətə baxıb bu qərarı qəbul edərkən aşağıdakı hüquq normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Bu Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 134. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə X2 barəsində tərtib olunmuş qərardan məlumatsız olmasını da inandırıcı hesab etmir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 100 (yüzi) manat inzibati cərimə tətbiq edilməsinə dair Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X5 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 100 (yüzi) manat inzibati cərimə tətbiq edilməsinə dair Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar