Məhkəmə qərarları › İş №3(012)-1985/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1985/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1985/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, xx.xx.1973-cü ildə Salyan rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında qeydiyyatda olan və və Abşeron rayonu, Xırdalan şəhəri, X1, keçid 1, döngə 2, ev 71 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixli, EQ 15140216 saylı inzibati xəta haqqında qərarda nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə cərimə növündə tənbehin tətbiq edilməsi haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs və protokol tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 15140216 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarda nəzərdə tutulmuş 40 manat məbləğində cəriməni ödəməmişdir. İnzibati xəta haqqında iş üzrə materialı araşdırıb, sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılma növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar