Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1987/2024 11.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, "X2” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş 16 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxarkən MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə 16 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında tərəflərin nümayəndələri iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, protokola mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırda protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə müraciəti araşdıraraq hesab edir ki, vəsatət təmin olunaraq, tərtib olunmuş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər protokolu tərtib edən orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş 16 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokol tərtib edən orqanın müraciətinə əsasən geri qaytarılsın. Qeyd olunan qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1987/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1987/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver