Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1988/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron DYP Təbliğat üzrə inspektor, polis leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan ***-***-**-** Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində etibarnamə olmadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ21074” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu-Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində saatda 50 km/saat sürəti ilə hərəkət olarkən, idarəetməni itirib ehtiyatsızllıqdan yolun kənarında dayanmış sürücü Zərərçəkmiş şəxs məxsus idarə etdiyi Toyota Prius markalı, 77BA988 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş və nəticədə sonuncuya maddi zərər vurmaqla həmçinin Şəxs yüngül bədən xəsarətinin alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Abşeron DYP Təbliğat üzrə inspektor, polis leytenantı X5 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində etibarnamə olmadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ21074” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu-Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində saatda 50 km/saat sürəti ilə hərəkət olarkən, idarəetməni itirib ehtiyatsızllıqdan yolun kənarında dayanmış sürücü Zərərçəkmiş şəxs məxsus idarə etdiyi Toyota Prius markalı, 77BA988 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş və nəticədə sonuncuya maddi zərər vurmaqla, həmçinin Şəxs yüngül bədən xəsarətinin alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP Təbliğat üzrə inspektor, polis leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə təqsirli bilərək izahatında bildirdi ki, o BC kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o özünə məxsus, idarə etdiyi VAZ-2107 markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Qobu- Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində saatda 50 km/saat sürəti ilə hərəkətdə olarkən, o həmin vaxt spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi üçün idarəetməni itirib yolun kənarında dayanmış Toyota Prius markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Zərbənin təsirindən Toyota Prius markalı avtomobil bir qədər irəli gedərək torpaqdan olan təpəciyə çırpılmış, Toyota Prius markalı avtomobilin ön və arxa tərəfi onun idarə etdiyi avtomobilin isə ön tərəfi yararsız hala düşmüşdür. Həmin vaxt o baş nahiyəsindən xəsarət almışdır. Sonra hadisə barədə Toyota Prius markalı avtomobilin sürücüsü DİN 102 xidmətinə məlumat vermişdir.Hadisə onun öz ehtiyatsızlığından baş vermişdir. Hadisədən əvvəl o spirtli içki qəbul edərək nəqliyyat vasitəsini spirtli içkinin təsiri altından istifadə etmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, sərnişin olmamışdır. Avtomobili texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hazırda avtomobili idarə etmək üçün ona verilən etibarnamənin müddəti bitmişdir, avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/28831 saylı, xx.xx.2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti orta dərəcəlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində etibarnamə olmadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ21074” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu-Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində saatda 50 km/saat sürəti ilə hərəkət olarkən, idarəetməni itirib ehtiyatsızllıqdan yolun kənarında dayanmış sürücü Zərərçəkmiş şəxs məxsus idarə etdiyi Toyota Prius markalı, 77BA988 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş və nəticədə sonuncuya maddi zərər vurmaqla həmçinin Şəxs yüngül bədən xəsarətinin alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin dispozisiyasına görə, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə zərərçəkmiş şəxsə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxsə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabınaödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1988/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1988/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver