Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1992/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin DYP-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə İİİ tağım Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X15 tərəfindən tərtib edilmiş 21.10.2021-ci il tarixli İXP ******* saylı protokol iş materialları ilə birlikdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21 oktyabr 2021-ci il saat 17:20 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 47,5-ci kilometirliyində Sumqayıt şəhəri 9-cu mikrorayon ev 34 mənzil 26-da qeydiyyatda olan, 1984-cü il təvəllüdlü X8 idarə etdiyi VAZ-21074 markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu Fizuli küçəsi ev 25-də qeydiyyatda olan, 1954-cü il təvəllüdlü Babayev Talib Babaş oğlunun idarə etdiyi VAZ- 21214 markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə VAZ-21074 markalı avtomobilin sürücüsü X8, sərnişinləri 1991-ci il təvəllüdlü X10, 1970-ci il təvəllüdlü X12, 1952-ci il təvəllüdlü X13, 1965-ci il təvəllüdlü X14 və VAZ- 21214 markalı avtomobilin sürücüsü Babayev Talib Babaş oğlu, sərnişini - 1962-ci il təvəllüdlü X11 xəsarət almışdır. Məhkəmədə X1 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 27.10.2021-ci il tarixli 2536 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Babayev Talib Babaş oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 27.10.2021-ci il tarixli 2537 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 27.10.2021-ci il tarixli 2558 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 27.10.2021-ci il tarixli 2559 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 27.10.2021-ci il tarixli 2560 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 27.10.2021-ci il tarixli 2561 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 27.10.2021-ci il tarixli 2573 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X7 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 8/2164 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, VAZ-21074 markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tədəblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21214 markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Babayev Talib Babaş oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 21.10.2021-ci il tarixli 8859 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə X1 ayıq olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan idarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1984 il təvəllüdlü X1 nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adıçəkilən şəxsə 07.10.2016-cı il tarixdə AE seriyalı 026404 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Zərər çəkmiş şəxslər X9 və X13 istintaq orqanına ərizə ilə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı üzrə X8 ilə barışdığını, ona qarşı şikayəti olmadığını bildirərək Sərxan Abdullayev barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 istintaq orqanına ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirərək barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də 20.11.2021-ci il taixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla xx.xx.1984-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, ailəl, işsiz, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 34 mənzil 26-da yaşayan, X1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1 -ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, onun barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin BDYPİ YPXA-na göndərilməsi qərara alınmışdır. Məhkəmədə X1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə X4 inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 barəsində inzibati tənbeh tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X1 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1984-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1992/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1992/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver