Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Mingəçevir şəhəri, X5 küçəsi, ev 14, mənzil 11 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 03 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 03 avqust 2023-cü il tarixində saat 22 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində idarə etdiyi “Toyota Prius” (Hibrid) minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə Quba rayonu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarından hərkət hissəyə daxil olub iti yerişlə 9,2 metr məsafə qət etmiş piyada Zərərçəkmiş şəxs Mövsüm qızını avtomobilin sol güzgüsü ilə vurmuş, nəticədə sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Abşeron rayon Məhkəməsinin 26 okyabr 2023-cü il tarixli, 3(012)-1810/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır.. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(105)-522/2024 saylı qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 3(012)-1810/2023 nömrəli, 26 okyabr 2023-cü il tarixli qərarı ləğv edilməklə, material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 03 avqust 2023-cü il tarixdə Şəxs tərəfindən törədilən yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işininin başlanılmasının rədd edilməsi barədə qərar ləğv edildiyindən hazırda cinayət işi başlanılmış və araşdırılma aparılır. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq digər proses iştirakçıları məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 dekabr 2019-cu il tarixli, AE seriyalı, 238706 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Abşderon rayon şöbəsi tərəfindən 24 avqust 2023-cü il tarixdə verilmiş 09 avqust 2023-cü il tarixli, 1674 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Mövsüm qızının bədən səthində aşkar olunmuş xəsarətlər- sağ aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud və sağ diz oynağı nahiyələrini əhatə edən iri ölçülü qançır-şişkinliyi, sağ baldır nahiyəsinin iri ölçülü qançırı, burun, sol almacıq, üst dodaq, sağ said, sağ baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni 03 avqust 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşına vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istinrtaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru kapitanı X1 tərəfindən qəbul edilmiş 29 avqust 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh görülməsi müəyyən edilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Mövsüm qızının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat Şöbəsi İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində toplanmış HK/1-890/2023 №-li maerial üzrə cinayət işi başlanılmasının rədd edilməsinə dair baş təhqiqatçı Tural Mustafayevin 29 avqust 2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırmanın davam etdirilməsi üçün Daxili İşlər Nazirliyinin Bş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə qaytarılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Beyləqan rayon şöbəsinin 22 iyul 2024-cü il tarixdə verilmiş 10 iyul 2024-cü il tarixli, 382/MEŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Mövsüm qızının bədənində aşkar olunmuş xəsarətlər- sağ aşağı ətrafında hərəkət məhdudluğu və sağ diz oynağının prepatelyar bursiti ilə müşayiət olunan sağ bud və sağ diz oynağı nahiyəsinin iri ölçülü qançır-şişkinlik halında əzilməsi, baldır venalarının posttavmatik zədələnməsi ilə müşayiət olunan sağ baldırın əzilmiş-cırılmış yaraları və hematoması, burun sol almacıq, üst dodaq, sağ said, sağ baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, onun tibbi yardım üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni 03 avqust 2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 iyul 2024-cü il tarixli qərardna görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəllsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, iş icraata qəbul edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 30 avqust 2024-cü il tarixdə verilmiş 05 avqust 2024-cü il tarixli, T532/2024 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs Mövsüm qızının sağ aşağı ətrafında hərəkət məhdudluğu və sağ diz oynağının prepatelyar bursiti ilə müşayiət olunan sağ bud və sağ diz oynağı nahiyəsinin iri ölçülü qançır-şişkinlik halında əzilməsi, baldır venalarının posttavmatik zədələnməsi ilə müşayiət olunan sağ baldırın əzilmiş-cırılmış yaraları və hematoması, burun sol almacıq, üst dodaq, sağ said, sağ baldır nahiyələrinin sıyrıqları avtoqaəza zamanı yarana bilərdilər, yetirilmə müddəti 03 avqust 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 03 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Mövsüm qızının sağlamlığına qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarətlər yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətməsinə dair törədilən əməldə həmin fakt üzrə cinayət işinin başlamaq haqqında qərar olduğundan sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır Belə ki, Şəxs 03 avqust 2023-cü il tarixində saat 22 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində idarə etdiyi “Toyota Prius” (Hibrid) minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə Quba rayonu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarından hərkət hissəyə daxil olub iti yerişlə 9,2 metr məsafə qət etmiş piyada Zərərçəkmiş şəxs Mövsüm qızını avtomobilin sol güzgüsü ilə vurması nəticəsində sonuncunun bədən səthində sağ aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud və sağ diz oynağı nahiyələrini əhatə edən iri ölçülü qançır-şişkinliyi, sağ baldır nahiyəsinin iri ölçülü qançırı, burun, sol almacıq, üst dodaq, sağ said, sağ baldır nahiyələrinin sıyrıqları xəsarətlərinin aşkar olunması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması 29 avqust 2023-cü il tarixli qərar əsasında rədd edilmişdir. Araşdırma zamanı Şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozaraq ehtiyyatsızlıqla zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin tərkibi olduğu müəyyən edilmiş və bu barədə 03 avqust 2023-cü il tarixli, İXP ******* saylı nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 03 iyul 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması haqqında» qərarı ilə Zərərçəkmiş şəxs Mövsüm qızının xəsarət alması ilə nəticələnən 03 avqust 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə dair Baş İstintaq və Təhqiqat Şöbəsi İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində toplanmış HK/1-890/2023 №-li material üzrə baş təhqiqatçı Tural Mustafayevin qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə 29 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırmanın davam etdirilməsi üçün idarəyə göndərilmişdir. Beləliklə hazırkı iş üzrə istintaq və təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması və bununla da həmin fakt üzrə cinayət işinin başlamaq haqqında qərarın mövcudluluğunu və 29 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəlləsinin 53.1.7ci maddəsinə əsasən xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver