Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-200/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsilə 04 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi İlqar Ağayev protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “QAZ 33021” yük markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yükdaşıma fəaliyyəti həyata keçirərkən idarənin əməkdaşları tərəfindən aparılan f/n proqramı vasitəsi ilə yoxlama zamanı fərqlənmə nişanının olmadığı aşkar olunmuş, o cümlədəm tabesizlik göstərərək, izahat verməkdən imtina etmişdir. Sonda Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin Şəxs məhkəmə iclasına gəlməmiş və onun iştirakı olmadan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “QAZ 33021” yük markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yükdaşıma fəaliyyəti həyata keçirərkən idarənin əməkdaşları tərəfindən aparılan f/n proqramı vasitəsi ilə yoxlama zamanı fərqlənmə nişanının olmadığı aşkar olunmuş, o cümlədəm tabesizlik göstərərək, izahat verməkdən imtina etmişdir. Nəticədə barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında 04 dekabr 2023-cü il tarixli, 155 №-li aktdan görünür ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 16:00 radələrində “QAZ 33021” yük markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yükdaşıma fəaliyyəti göstərərkən əməkdaşları tərəfindən aparılan f/n proqramı vasitəsi ilə yoxlama zamanı fərqlənmə nişanının olmadığı aşkar olunmuş, o cümlədən sonuncunun fəaliyyətinə mane olaraq tabesizlik göstərmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında aparılan araşdırılma zamanı inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı Şəxs törətməsinə dair heç bir sübut (məsələn nəqliyyat vasitəsinin texniki pasportu, etibarnamə, sürücünün şəxsiyyətini təsdiq edən sənəd, sürücünün sürücülük hüququnun olması barədə sənəd, sürücünün protokol tərtib olunan vaxt məhz həmin maşını idarə etməsini təsdiq edən sübut, sürücünün xidməti vəzifənin yerinə yetirilməsi zamanı necə maneçilik törətməsi, qanunvericilikdə müəyyən olunmuş məhz hansı sənədi təqdim etməkdən imtina etməsi və s.) həmin protokola əlavə olunmamışdır. Bundan başqa iş materiallarına əlavə olunmuş akt Agentliyin əməkdaşları tərəfindən imzalansa da Şəxs və ya digər hər hansı hal şahidlərinin tərəfindən imzalanmamış, habelə həmin aktın sonuncu tərəfindən imzalanmasından imtina olunması göstərilsə də, həmin halı təsdiq edən heç bir sənəd protokola əlavə olunmamışdır. Həmçinin sözügedən avtomobilə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq qeydiyyat şəhadətnaməsinin surəti, sahiblik və istifadə hüquqlarını təsdiq edən etibanamənin və ya digər sənədlərin surətləri, həmin avtomobilin həmin vaxt məhz Şəxs istifadəsində olmasını, qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməyən şəxsin məhz sonuncunun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut, o cümlədən sonuncunun şəxsiyyətini təsdiq edən müvafiq sənəd nə inzibati xəta haqqında protokola əlavə olunmamış, nə də məhkəmə iclasında iştirak edən protokolu tərtib edən orqanın nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin əməkdaşları inzibati xəta haqqında protokolda qeyd olunan məlumatları göstərməmiş, yalnız materiala bir ədəd fotoşəkil əlavə edilməklə kifayətlənmişdirlər. Qeyd olunan halları tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan Şəxs təqsiri təqdim edilmiş sənədlərlə sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-200/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-200/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver