Məhkəmə qərarları › İş №3(012)-200/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-200/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-200/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızı, Şəxs tərəfindən Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron Rayon Polis İdarəsindən və Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron Rayon Polis İdarəsindən daxil olmuş və Şəxs tərəfindən Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən eyni tarixli, yəni xx.xx.2025-ci il tarixli MN ******* saylı, MN ******* və İXP ******* saylı inzibati xəta haqqında protokollar və materiallar hazırlıq mərhələsində araşdırılarkən müəyyən edildi ki, eyni vaxtda məhkəməyə daxil olmuş işlər üzrə eyni vaxtda inzibati əməlin törədilməsinə görə bir neçə protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Həmçinin iş № 3(012)-198/2024 və 3(012)-200/2024 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(012)- 198/2024 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, Azərbaycan Respubliksının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: 3(012)-198/2024 və 3(012)-200/2024 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(012)-198/2024 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar