Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2002/2020 30.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon X6 PB-in sahə rəisi, polis baş leytenantı X3, inzibati xəta törətmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci Rusiya Federasiyası, Lelinqrad vilayəti, Vsevolojsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 05-də qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon X6 PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: X2 xx.xx.2020-ci il tarixdə isteqram sosial şəbəkəsində təhqiredici paylaşmalar etdiyinə görə RPİ-nin Qobu polis bölməsinə dəvət edilərkən, Abşeron rayon RPİ-nin Qobu polis bölməsinə getməkdən imtina etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə X1 göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon X6 PB-in sahə rəisi, polis baş leytenantı X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron RPŞ-nin polis əməkdaşı Cavid Kərimli tərəfindən tərtib edilmiş raporta əsasən X2 xx.xx.2020-ci il tarixdə isteqram sosial şəbəkəsində təhqiredici paylaşmalar etdiyinə görə RPİ-nin Qobu polis bölməsinə dəvət edilərkən, Abşeron rayon RPİ-nin Qobu polis bölməsinə getməkdən imtina etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin Qobu PB-in polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin fakt əsasında Abşeron rayon Pİ-nin Qobu PB-də araşdırma aparılmış, X1 əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. PB-də X2 özünü aqressiv aparmışdır. İnzibati xəta törətmiş şəxs X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, müəyyən sosial şəbəkələrdəki sayıtlardan ismayıl sovetski profili ilə qeydiyyatdan keçmiş, polis əməkdaşlarının xidməti zamanı şəkillərini çəkərək, həmin profildə polisin ünvanına ləkə gətirəcək və təhqiredici paylaşmlar etmişdir. xx.xx.2020-ci il tarixdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində ev də olarkən, polis əməkdaşları gələrək, onu Pİ-nə dəvət etmişlər. Həmin vaxt Pİ-nə getməkdən imtina edərək, polis əməkdaşları ilə mübahisə etmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 18:55-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə X1 inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X2 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının X1 hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. X1 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən X1 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 18:55-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2002/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2002/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver