Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2004/2021 16.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X4 tərəfindən daxil olmuş şikayətin baxılmasına hazırlıq zamanı 16 dekabr 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 16 dekabr 2021-ci il tarixdə X4 barəsində tərtib edilmiş qərarlardan şikayət etməklə DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş qərarların ləğv edilməsi və X2 əməlində inzibati xəta tərkibi olduğu üçün qərarlarda törədilmiş xətaya görə ödənişlərin ondan tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan etməklə DİN Baş Dövlət Yol Polis İdarəsinin 24.09.2021ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.2021-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli BNA 1619220, 30.07.2021-ci il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, halbuki qanunda qərarlardan deyil yalnız qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa X1 Namiq Mayıl oğlunun əməlində inzibati xəta tərkibi olduğu üçün qərarlarda törədilmiş xətaya görə ödənişlərin sonuncudan tutulması barədə qərar qəbul olunmasını xahişi etmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin qərardan şikayətə baxılarkən qəbul olunan qərarların dairəsini dəqiq müəyyən etmişdir. Azərbaycan Respublikasının İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 134.1.1 maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında;134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan birini qəbul edə bilər Azərbaycan Respublikasının İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi, X4 həm də tərəfindən mübahisələndirilən qərarları nə vaxt almasına dair sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərarlardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 barəsində tərtib edilmiş qərarlardan şikayət etməklə DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 24.09.2021-ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.2021-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli qərarların ləğv edilməsi və X2 əməlində inzibati xəta tərkibi olduğu üçün qərarlarda törədilmiş xətaya görə ödənişlərin ondan tutulması barədə qərar qəbul edilməsinə dair şikayət geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2004/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2004/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver