Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2008/2020 16.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Axor 1840 YÜK” markalı, 99JD362 dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək 50 manat cərimə edilmişdir. Şəxs 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin cəriməni ödəməmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş, RDYPİ-nin X1 çıxarışından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi «Mercedes Axor 1840 YÜK» markalı, 99JD362 dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək 50 manat cərimə edilmişdir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2020-cİ il tarixli qərarı almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. İşə əlavə edilmiş RDYPİ-nin X1 çıxarışından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli qərara əsasən 50 manat cəriməni və 30 manat peniyanı ödəmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs oğlu xx.xx.2020-ci il tarixli qərara əsasən 50 manat cəriməni və 30 manat peniyanı ödəmişdir. Məhkəmədə işə baxılarkən inzibati xətanı törətmiş Şəxs xx.xx.2020-ci il tarixdə təyin edilmiş inzibati cəriməni ödədiyinə görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 109, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2008/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2008/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver