Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2008/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən tərtib edilmiş 23 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 23 oktyabr 2023-cü il tarixdə, saat 11:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Ford Transit” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yükdaşıma fəaliyyəti həyata keçirərkən o, əməkdaşların xidməti vəzifələrini yerinə yetirməyə mane olaraq qanuni sənədləri təqdim etməmişdir. Nəticədə barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi X2 tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs barəsində məhkəmədən inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 23 oktyabr 2023-cü il tarixdə, saat 11:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Ford Transit” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yükdaşıma fəaliyyəti həyata keçirərkən o, əməkdaşların xidməti vəzifələrini yerinə yetirməyə mane olaraq qanuni sənədləri təqdim etməmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli 112 nömrəli protokoldan görünür ki, Şəxs 23 oktyabr 2023-cü il tarixdə, saat 11:40 radələrində “Ford Transit” markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti göstərərkən f/n proqram təminatı vasitəsi ilə yoxlama zamanı qeyri-qanuni fəaliyyəti aşkar edildi, xidməti fəaliyyətə mane olaraq tabesizlik göstərmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini və pozuntunu törədənin şəxsiyyətini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-2008/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2008/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver