Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2011/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron DYP-nin polis leytenantı X7 tərəfindən tərtib edilmiş 07.12.2021-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş üzrə məhkəmə iclası 28 dekabr 2021-ci il tarixə, saat 16:20-ə təyin edilmiş, tərəflər məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkən şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs, 03.11.2021-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi “Renault Megane” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində 20/30 km saat sürətlə hərəkətdə olduğu zaman “OBA” marketin qarşısında olan yol kəsişməsində “Yol verin” üstünlük nişanının tələblərinə riayət etmədən hərəkətini davam etdirmiş, bu zaman idarə etdiyi avtomobil sağ tərəfindən gələn X2 idarə etdiyi “Toyota Rav-4” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin vaxt idarəetməni itirərək idarə etdiyi avtomobil öz hərəkət zolağında yolun sol kənarında dayanmış, X3 məxsus “X14” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəyərək dayanmışdır. Baş vermiş həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Renault Megane” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, ev 4B, mənzil 27-də yaşayan X4 - başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. 03.11.2021-ci il tarixdə saat 15:54-də vət. X5 Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında Toyota” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Megan” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu və xəsarət alan şəxsin olduğu barədə məlumat vermişdir. Eyni zamanda Respublika Xəstəxanasından Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması barədə məlumat Abşeron RPİ-nə daxil olmuşdur. Məhkəmə Tibbi Ekspertizasının 15.11.2021 -ci il tarixdə verilmiş 2662 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü X1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 03.11.2021 -ci il tarixdə sərnişin olduğu minik avtomaşın digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Sərxoşluq vəziyyətinin Tibbi müayinəsi aktından görünür ki, sürücülər Şəxs və X6 hadisə vaxtı ayıq olmuş, onlarda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Şəxs “Renault Megane” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobili AE 887792 nömrəli BC dərəcəli 02.03.2017-ci il tarixdə verilmiş, 02.03.2027-ci il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsi əsasında idarə etmişdir. X6 “Toyota Rav-4” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili AB 564283 nömrəli, B dərəcəli 14.02.2013-cü il tarixdə verilmiş,14.02.2023-cü il tarixədək tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, ev 4B, mənzil 27də yaşayan X4, 06.11.2021 -ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, 03.11.2021 -ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində baş vermiş yol-nəqliyat hadisəsi zamanı həmin hadisənin iştirakçısı olmuş “Renault Megane” markalı avtomobildə sərnişin qismində olarkən xəsarət alsa da, həmin avtomobilin sürücüsü Şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İşə əlavə edilmiş, 15.11.2021-ci il taixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs törətdiyi əməl inzibati xəta kimi tövsif edilmişdir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 327.8-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1984-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan MR, Qaraxanbəyli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Digah qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2011/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2011/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver