Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2012/2022 29.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon Polis İdarəsinin İTŞ-nin rəisi, polis kapitanı X1 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayonu Polis idarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022- il tarixdə Xırdalan şəhəri, Nizami küçəsində Zülfiqar marketdə pirotexniki vasitələrin satışı ilə məşğul olduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində polis əməkdaşları xidmətdə olarkən azyaşlı uşaqların pirotexniki vasitələrdən istifadə etdiyini görmüşlər. Uşaqlardan pirotexniki vasitələri hardan aldıqlarını soruşduqda Zülfüqar marketdən aldıqlarını demiş, onlar da marketə yaxınlaşmış, özlərini təqüdim etmiş və marketin sahibi olan Heyət adlı şəxsin kassanın altında satışı qadağan olan pirotexniki maddələrin satışı ilə məşğul olduğunu aşkar etmişlər. Həmin şəxsi Abşeron RPİ-nə gətirmişlər və orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında dindirlmiş Şəxs bildirmişdir ki, etdiyi əməldən peşmandır, o, pirotexniki vasitələrin satışı ilə məşğul olmamış, uşaqlara hədiyyə vermişdir. Özünü təqsirli bilir və törətdiyi əməldən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan aktdan görünür ki, 3600 ədəd kiçik ölçülü pirotexniki mallar götürülmüşdür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs səmimi peşmaçılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın predmeti olan əşyalar müsadirə olunmaqla cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 3600 ədəd kiçik ölçülü müxtəlif ölçülü pirotexniki mallar müsadirə olunmaqla 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2012/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2012/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver