Məhkəmə qərarları › İş №3(012)-2014/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2014/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2014/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, protokolu tərtib edən şəxs Abşeron rayon Polis idarəsinin polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Ağdam rayonu, Əlimərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və İmişli rayonu, N.Nərimanov k üçəsi, ev 35 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Şəxs sərxoş vəziyyətdə idarə etdiyi VAZ 2104 markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mehdibad qəsəbəsi Q.Qarayev küçəsində Mehdiabad-Novxanı yolu istiqamətinə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyi üçün onun qarşısında hərəkətdə olan X1 idarə etdiyi Toyota Avalon markalı 99-SA- 688 dövlət nömrə nişanlı avtomobilin arxasından toqquşmuş, bundan sonra ikinci dərəcəli yolda hərəkətini davam etdirmiş, baş yolda Binəqədi- Novxanı yolu ilə hərəkətdə olan X5 idarə etdiyi Opel Astra markalı 99-LE- 522 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş hadisə nəticəsində özü və Opel markalı avtomobilin sürücüsü sağlamlığa zərər vurmayan xəsarət almışdır. Buna görə də Abşeron rayon Polis idarəsinin polis mayoru X4 tərəfindən xx.xx.2020-ci il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bildi və hadisə ilə əlaqədar səmimi peşman olduğunu göstərdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan X5 izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi Opel Astra markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Sumqayıt şəhərinə gedən zaman Binəqədi Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətinə saatda 60 km sürətlə hərəkətdə olmuş, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyinə gedən yolla kəsişməyə çatmağa təxminən 10 metr qalmış, sağ tərəfdən ikinci dərəcəli yoldan qəflətən VAZ 2104 markalı avtomobil onun hərəkət zolağına çıxmış, ayağını tormoza atsa da məsafə az olduğu üçün hadisənin qarşısını ala bilməmiş, nəticədə idarə etdiyi avtomobilin qabaq tərəfi ilə VAZ 2104 markalı avtomobilin sol tərəli toqquşmuşdur. Hadisə vaxtı avtomobildə tək olduğunu, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, hadisənin VAZ 2104 markalı avtomobilin ikinci dərəcəli yoldan onun hərəkət zolağına baş yola çıxması səbəbindən baş verdiyini bildirmişdir. Bundan başqa Şəxs izahatından görünür ki, VAZ 2104 markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etsədə etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. xx.xx.2020-ci il tarixdə Mehdiabad qəsəbəsində kafelərin birində 2 bakal spirtli içki pivə içmiş, randan sonra idarə etdiyi VAZ 2104 markalı avtomobillə Qarant şəhərciyindən X3 gedən zaman Mehdiabad qəsəbəsi Q.Qarayev küçəsi ilə Binəqədi Novxanı yolu istiqamətinə saatda 20 km sürətlə hərəkətdə olmuş, qarşısında hərəkətdə olan Toyota markalı avtomobil qəflətən dayanmış, ara məsafəsi az olduğu üçün saxlaya bilməmiş, idarə etdiyi avtomobilin qabaq tərəli ilə Toyota markalı avtomobilin arxa tərəfi toqquşmuşdur. Bundan sonra Binqədi Novxanı yolu istiqamətinə hərəkətini davam etdirmiş, bu vaxt baş yolda Binəqədi rayonu istiqamətindən Novxanı qəsəbəsi istiqamətinə hərəkətdə olan Opel markalı avtomobiln qabaq tərəfi ilə onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi toquşmuşdur. Hadisə vaxtı avtomobildə ondan başqa qabaq oturacaqda oğlu 2013- cü il təvəllüdlü Süleymanın əyləşdiyini, başqa heç kimin olmadığını, idarə etdiyi avtomobilin yüksüz vəziyyətdə olduğunu bildirmişdir. Bundan başqa X1 izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində idarə etdiyi Toyota Avalon markalı **-SA-*** dövlət nömrə nişanlı avtomobili ilə Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi ilə Mehdiabad-Novxanı yolu istiqamətində hərəkətdə olduğu zaman arxadan gələn VAZ 2104 markalı **-TJ-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxasından dəymiş, avtomobildən düşüb həmin sürücüyə yaxınlaşmaq istədikdə VAZ 2104 markalı avtomobil qəflətən hərəkətə başlamış, Binəqədi- Novxanı yolu ilə baş yolda hərəkətdə olan Opel markalı avtomobillə toqquşmuşdur. Hadisə vaxtı avtomobildə tək olduğunu, hadisə nəticəsində heç bir xəsarət almadığını bildirmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə müəyyən olunmuşdur ki, sürücüdə alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyəti, əmlak vəziyyəti və onun təqsirinin dərəcəsi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1 maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etməyi məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxslərə mülki qaydada dəymiş ziyanın ödənilməsi ilə bağlı şikayət etmək hüququ izah olunsun. Qərarın icrası Ağdam rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar