Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2015/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası DYNPİ-nin Sabunçu st XPŞ-nin İTQ-nın YYÇİÜ inspektoru vəzifəsini müvəqqəti icra edən X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan, Ağdam rayonu, Paşabəyli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Goradil kəndində yaşayan (***-***- **-**) Şəxs oğlunun barəsində Azərbaycan Respublikası DİN NBPİ-nin DYNPİ-nin Sabunçu st. Xətt PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 16.12.2021-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs 04.11.2021-ci il tarixdə Bakı-Sumqayıt istiqaməti üzrə hərəkətdə olan sürət elektrik qatarına daş ataraq sonuncu vaqonun yan şüşəsini sındıraraq Azərbaycan Dəmir Yolları QSC-nə 2556,43 (iki min beş yüz əlli altı) manat maddi ziyan vurması, bununla da Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DYNPİ-nin Sabunçu st XPŞnin İTQ-nın YYÇİ inspektoru vəzifəsini müvəqqəti icra edən X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəxs oğlu 04.11.2021-ci il tarixdə Bakı-Sumqayıt istiqaməti üzrə hərəkətdə olan sürət elektrik qatarına daş ataraq sonuncu vaqonun yan şüşəsini sındıraraq Azərbaycan Dəmir Yolları QSC-nə 2556,43 (iki min beş yüz əlli altı) manat maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 04.11.2021-ci il tarixdə dostu Cahidlə görüşərək dostları İkramgilə domino oynamağa getmişlər. Domino oynayıb qurtardıqdan sonra onlara dəmiryol stansiyasına gedərkən polis əməkdaşları yaxınlaşaraq onlara sürət elektrik qatarına daş ataraq sonuncu vaqonun yan şüşəsini sındırdıqlarını bildirərək onları Sabunçu xətt PŞnə dəvət etmişlər. Əlavə olaraq bildirdi ki, o, sürət qatarına daş atmamış və vaqonun yan şüşəsini sındırmamışdır. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin yetkinlik yaşına çatmayan şəxs olduğunu əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati işə baxılma yeri haqqında vaxtında məlumatlandırılmış prokuror məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-nin 54.6.-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. İş materiallarında olan DYNPİ-nin Sabunçu st.XPŞ-nin İst.TQ-nin müstəntiqi Aydın Musayevin 29.11.2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2004-cü il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədilə DNYPNPİ-nin Sabunçu st XPŞ-nin İTQ-nın YYÇİÜ inspektoruna inspektoruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DYNPİ-nin Sabunçu st XPŞ-nin İTQ-nın YYÇİÜ inspektoru vəzifəsini müvəqqəti icra edən Pərviz Məmmədovun 01.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, xx.xx.2004-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Paşabəyli kəndində qeydiyyatda olan Şəxs 04.11.2021-ci il tarixdə Bakı-Sumqayıt istiqaməti üzrə hərəkətdə olan sürət elektrik qatarına daş ataraq sonuncu vaqonun yan şüşəsini sındıraraq Azərbaycan Dəmir Yolları QSC-nə maddi ziyan vurmuşdur. Hadisə nəticəsində Azərbaycan Dəmir Yolları QSC-nə dəymiş ziyanın məbləği 2556,43 (iki min beş yüz əlli altı) manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs özgənin əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 63.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Azərbaycan Respublikası İXM-nin 63.6.-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs yetkinlik yaşına çatmayan şəxs olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, Şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli qədər inizbati inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlb etmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 (otuz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli qədər-2556,43 (iki min beş yüz əlli altı) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdam rayon İcra Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 (otuz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2015/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2015/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver