Məhkəmə qərarları › İş №3(012)-2015/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2015/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2015/2023 02.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs Əliağa qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 02 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Əliağa qızını döymüşdür. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, Zərərçəkmiş şəxs Əliağa qızı təxminən 4 ay əvvəl Şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, lakin sonradan qısqanclıq zəmnində aralarında münaqişələr baş verməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Şəxs Zərərçəkmiş şəxs zəng vuraraq işdən özü götürəcəyini bildirsə də, onun təklifini rədd etmişdir, həmin gün saat təxminən 16 radələrində işdən çıxıb evə getdiyi zaman həyat yoldaşı ona vatsapda səs ataraq harada olduğunu sual etmişdir. Həmin gün onların aralarında mübahisə baş vermiş və həyat yoldaşı onu döymüşdür. Bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə və fiziki ağrı yetirmə” növündə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs Əliağa qızı ilə təxminən 4 ay əvvəl rəsmi olaraq ailə həyatı qurmuşdur. xx.xx.2022-ci il tarixdə onlar arasında mübahisə baş vermiş, lakin o, Zərərçəkmiş şəxs vurmamışdır. Ayselin ailəsi onların ailə qurmasından narazıdır. Qaynı və qaynatası ona şər -böhtan atır. Sonda o, onun əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əliağa qızı izahatında göstərdi ki, o, təxminən 4 ay əvvəl Şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, lakin sonradan qısqanclıq zəmnində aralarında münaqişələr baş verməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Şəxs ona zəng vuraraq işdən özü götürəcəyini bildirsə də, onun təklifini rədd etmişdir, həmin gün saat təxminən 16 radələrində işdən çıxıb evə getdiyi zaman həyat yoldaşı ona votsapda səs ataraq harada olduğunu sual etmişdir. Həmin gün onların aralarında mübahisələri baş vermiş və həyat yoldaşı onu döymüşdür. Sonda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və onun barəsində həbslə bağlı inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, rədd materialını tələb edərək araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 2753 №-li məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əliağa qızı dərəcələri təyin edilməyən bədən xəsarəti almışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi fərdi evdə yaşayan Zərərçəkmiş şəxs Əliağa qızının müraciət etməsi faktı əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin fakta görə cinayət işi başlanması rədd edilmiş, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti ərazinin sahə inspektoruna həvalə olunmuşdur Bundan sonra Şəxs barəsində 02 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur. Beləliklə, işin təsvir edilmiş hallarından göründüyü kimi, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Əliağa qızını aralarında baş vermiş mübahisə zamanı döyməkdə təqsirləndirilir.Belə ki, xx.xx.2022-ci il tarixdə Şəxs arvadı Zərərçəkmiş şəxs Əliağa qızına zəng vuraraq işdən özü götürəcəyini bildirsə də, onun təklifini rədd etmiş,həmin gün saat təxminən 16 radələrində işdən çıxıb evə getdiyi zaman ona votsapda səs ataraq harada olduğunu sual etmiş,həmin gün onların aralarında mübahisələri baş vermiş və Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Əliağa qızını döymüşdür. Şəxs bu əməli işin materialları ilə tam sübut olunur.Onun əməli İXM-nin 157 –ci maddəsi ilə düzgün tövsif edilmişdir.Ona görə də, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İşin materiallarından göründüyü kimi inzibati xəta hadisəsi 07 noyabr 2022-ci il tarixdə baş vermişdir.Həmin vaxt qüvvədə olan İXM-nin 38.1 maddəsinə görə sağlamlıq əleyhinə olan inzibati xətalar üçün inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay idi (həmin maddəyə bununla bağlı dəyişiklik xx.xx.2022-ci il tarixdə olmuş, yəni 03 ay 04 ay ilə əvəz edilmişdir. Nəzərə alınsa ki, hazırkı inzibati xəta üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir, müddətin axımı həmin tarixdən hesablanmaqla 03 ay hesablanmaqla Şəxs bu inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddətinin sonu 01 noyabr 2023-cü il tarixdə bitir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqəar başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokolu üzrə təqsirli bilinsin, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqəar başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar