Məhkəmə qərarları › İş №3(012)-2016/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2016/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2016/2021 16.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin ENYPXB-nin inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Zərdab rayonu, Məmmədqasımlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11.12.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 11.12.2021-ci il tarixdə saat 20:14 radələrində “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü X2 idarəetmə bacarığında olmadığı üçün saxlanılmışdır. Aparılmış tibbi müayinə zamanı müəyyən edilmişdir ki, X2 nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin ENYPXB-nin inspektoru, polis baş serjantı X2 bildirdi ki, 11.12.2021-ci il tarixdə saat 20:14 radələrində “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü X2 idarəetmə bacarığında olmadığı üçün saxlanılmışdır. Daha sonra o, tibbi müayinədən keçirilmiş, müayinə zamanı məlum olmuşdur ki, o, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmişdir. Buna görə də X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İXP ******* saylı, 11.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 11.12.2021-ci il tarixində polis əməkdaşları tərəfindən saxlanılmış, həmin gün o, narkotik vasitə olan marixuana qəbul etmişdir. Sonda o, etdiyi əməldən peşman olduğunu əsas gətirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 11.12.2021-ci il tarixli, 11174 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X2 qeyd olunan inzibati xətanı törədən zaman narkotik vasitə olan marixuana qəbul etməsi faktı aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Bununla belə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini yüngülləşdirən hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 inzibati xətanı törədən zaman sərxoş halda olması onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. .Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar