Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2017/2021 16.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Hüseyn qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun və inzibati xəta haqqında protokol tərtib edtmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Qax rayonu, Zəyəm kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayonu Polis idarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 16.12.2021-ci il tarixli MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin rəisi, polis mayoru X3 bildirdi ki, 16.12.2021- il tarixdə saat 18:40 radələrində Şəxs oğlu Abşeron rayonu, Masazır kəndi ərazisində istehsalı və satışı qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olduğu üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan 16.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, o, 16.12.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsində Çin istehsalı olan 100 (yüz) manat dəyərində pirotexniki vasitələr satışı ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Sonda o, törətdiyi əməldən peşman olduğunu əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan aktdan görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun satdığı pirotexniki vasitələrin siyahısında 27 ədəd müxtəlif ölçülü çılçıraq, 300 ədəd müxtəlif ölçülü səsgücləndirici vasitələr göstərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşmançılığını bildirməsi Azərbaycan Respublikasının İXM-nin 33.1.1-ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş üzrə maddi sübut olan 27 ədəd müxtəlif ölçülü çılçıraq, 300 ədəd müxtəlif ölçülü səsgücləndirici vasitələr məhv edilməlidir. Qərarın icrası Qax rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Təchizat İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki mallar müsadirə olunmaqla 350 (üç yüz əlli) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut olan 27 ədəd müxtəlif ölçülü çılçıraq, 300 ədəd müxtəlif ölçülü səsgücləndirici vasitələr məhv edilsin. Qərarın icrası Qax rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Təchizat İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2017/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2017/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver