Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2018/2020 31.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Zərərçəkmiş şəxs2 Elçin qızının katibliyi, Şəxs inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar rayonu, Urva kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, Qusar rayonu, Urva kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin sahə rəisi, polis mayoru X3tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs xx.xx.2020-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, K.Məmmədli küçəsində yaşayan Zərərçəkmiş şəxs1a məxsus evdən 30 manat dəyərində gümüş bijuteriyanı talamaqla nəticədə 30 manat məbləğində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi ev 12-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdən 2 ədəd Samsung markalı mobil telefonunu talamaqla nəticədə 90 manat ona ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yaşayan Zərərçəkmiş şəxs3 məxsus evin həyətindən Start 24 markalı talamaqla nəticədə 100 manat ona ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Kanal kənarı, nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs4a məxsus evin həyətindən velosiped talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, bina 1, mənzil 6-da yaşayan Zərərçəkmiş şəxs5 az yaşlı oğluna məxsus 45 manat dəyərində 1 ədəd skeytbordunu talamaqla nəticədə ona 45 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçıs, polis kapitanı X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 17-də yaşayan Zərərçəkmiş şəxs6a məxsus VAZ 2107 markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildən olan 60 manat dəyərində akkumulyatoru talamaqla nəticədə ona 60 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Şahkərəmov Rövşən Əli oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materillarında olan AZA 005486 saylı tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22.20 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır, lakin əsl niyyəti oğurluq etmək olmamış, həmin kabellərin tullantı olmasını zənn etmiş və hazırki əməli törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə zalından azad olunsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2018/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2018/2020
31.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver