Məhkəmə qərarları › İş №3(012)-2019/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2019/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2019/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon Polis İdarəsinin İTŞ-nin rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə İsmayıllı rayonu, Quba Xəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Quba Xəlilli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayonu Polis idarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş 16.12.2021-ci il tarixli MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokoldan görünür ki, 16.12.2021- il tarixdə saat 18:40 radələrində Şəxs Abşeron rayonu, Masazır kəndi ərazisində istehsalı və satışı qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan raportdan görünür ki, 16.12.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində polis əməkdaşları xidmətdə olarkən bir nəfər şəxsin Araz supermaketin arxasında satışı qadağan olan pirotexniki maddələrin satışı ilə məşğul olduğunu aşkar etmişlər. Həmin şəxsi Abşeron RPİ-nə gətirmişlər və orada məlum olmuşdur ki, həmin şəxs X2r. Məhkəmə iclasında dindirlmiş Şəxs bildirmişdir ki, o, İİ Qarabağ döyüşlərində qazi olmuşdur. İİİ qrup əlildir. 16.12.2021-ci il tarixdə təmini 19:00 radələrində pirotexniki vasitələrin satışı ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Özünü təqsirli bilir və törətdiyi əməldən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir.. İş materiallarında olan aktdan görünür ki, “36 ədəd çilçıraq, 534 ədəd müxtəlif ölçülü pirotexniki mallar götürülmüşdür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs 2-ci Qarabağ müharibəsinin veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın predmeti olan əşyalar müsadirə olunmaqla cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və “36 ədəd çilçıraq, 534 ədəd müxtəlif ölçülü pirotexniki mallar müsadirə olunmaqla 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar